Pekində Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media-Sammiti keçirilib
02.06.2018 [10:32]
AZƏRTAC ilə Sinxua xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanıb
İyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birinci Media-Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv, müşahidəçi və dialoq tərəfdaşı olan ölkələrin media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Təşkilatın dialoq üzrə tərəfdaşı olan Azərbaycanı Media-Sammitdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edib.
Sammitdə çıxış edən Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Xuan Kunmin bildirib ki, Media-Sammitin keçirilməsi təşəbbüsü ilə ilk dəfə ŞƏT-in üzvü olan ölkə rəhbərlərinin sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. O bildirib ki, media xalqları birləşdirmək, sülhü və inkişafı təşviq etmək üçün mühüm vasitədir. “Bu gücdən ŞƏT-in məramlarının tanıdılması məqsədilə geniş istifadə etmək lazımdır. Mətbuat ŞƏT ölkələri arasında dialoqun inkişaf etməsinə böyük töhfə verə bilər. Buna görə də təşkilatın inkişafına və Şanxay ruhunun geniş təbliğinə mətbuat diqqəti artırmalıdır”, - deyən Xuan Kunmin medianın terrorizm və ekstremizmlə mübarizədə, təhlükəsizlik və sülhün təbliğində rolundan danışıb.
Təşkilatın baş katibi Rəşid Əlimov sammiti tarixi hadisə adlandırıb. O, bu formatın, ilk növbədə, media qurumları arasında informasiya, təcrübə və kadr mübadiləsi üçün əhəmiyyətli olduğunu qeyd edib. R.Əlimov jurnalistlərin cəmiyyətdə vacib rolunu vurğulayıb, hadisələrin işıqlandırılmasında obyektivliyin əhəmiyyətini önə çəkib.
İyunun 9-10-da Çinin Sindao şəhərində keçiriləcək ŞƏT dövlət rəhbərləri sammiti haqqında məlumat verən baş katib orada 20-yə qədər sənədin imzalanacağını, UNESCO ilə razılaşma əldə olunacağını deyib.
Media-Sammitdə “KİV-lər arasında informasiya mübadiləsinin möhkəmləndirilməsi və əməkdaşlıq təşəbbüsü” qəbul olunub.
Sonra sənədlərin imzalanması mərasimi olub. AZƏRTAC və Çinin Sinxua xəbər agentliyi arasında informasiya mübadiləsinə dair Əməkdaşlıq Sazişi imzalanıb.
Saziş iki agentlik arasında gündəlik olaraq xəbər, foto və video mübadiləsi, sosial mediada əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, tərəflər mütəmadi olaraq yeni media redaktorları və informasiya texnologiyaları mütəxəssislərinin qarşılıqlı təcrübə mübadiləsini təşkil edəcəklər.
Tədbir panel iclasları ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

