/ / Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımının qurbanlarına həsr edilən xatirə lövhəsinin açılışı olub
Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımının qurbanlarına həsr edilən xatirə lövhəsinin açılışı olub
02.06.2018 [10:13]
Mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən xatirə lövhəsinin Mariborda ucaldılması Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi ilə mümkün olub. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının birgə layihəsidir.
“Avropa qəbiristanlıqlarının açılış həftəsi” çərçivəsində keçirilən mərasimdə Sloveniya parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin üzvü, professor Fərhad Bədəlbəyli, Maribor şəhərinin meri Andrey Fiştravets, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Dobrava Memorial Parkının direktoru, Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının prezidenti Lidiya Pliberşek, Sloveniya parlamentinin yuxarı palatasının sədri Aloys Kovştsa, səfir Qalib İsrafilov və deputat Azay Quliyev çıxış ediblər.
Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir.
Çıxışların ardınca yerli musiqiçilər və Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva matəm və vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Sonra memorial kompleksi ərazisində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30

