Maliyyə maxinasiyaları ifşa olunan Əli Kərimli çıxılmaz vəziyyətə düşüb
01.06.2018 [08:50]
AXCP sədrinin Rusiyadakı ermənipərəst dairələrdən göndərilən pulları mənimsəməsi ona qarşı olan etirazların daha da artmasına səbəb olub
Azərbaycanın siyasi palitrasının qarınaltı yükünə çevrilən, ölkəmizin ictimai-siyasi həyatında heç bir rola malik olmayan radikal müxalifət partiyalarının ermənipərəst mərkəzlərlə əməkdaşlığı dəfələrlə sübuta yetirilib. Bu mənada Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və onun nəzarətində olan qondarma “Milli şura”nın fəaliyyəti xüsusilə xarakterikdir. Əli Kərimli rəhbərlik etdiyi bu təşkilatlardan yalnız öz maddi maraqlarını təmin etmək üçün istifadə edir, bunun üçün hətta Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı çıxış etməkdən belə çəkinmir. Real faktların təhlili də göstərir ki, AXCP-nin timsalında dağıdıcı müxalifətin maliyyələşməsində qeyri-qanuni əməllər, cinayətkar yollarla əldə olunan gəlirlərin rolunu görürük. Bu günlərdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatlar isə özünü müxalifətin lideri kimi qələmə verməyə çalışan Əli Kərimlinin siyasi fəaliyyətlə heç cür uyğunlaşmayan əməllərə qol qoyduğunu bir daha sübut etməklə yanaşı, ətrafında olan neçə-neçə şəxsi aldatmasını, onları cinayətə sövq etməsini üzə çıxardı. Son günlər ölkə mediasında yer alan onun rəhbərlik etdiyi antimilli şurada baş verən narazılıqlar da məhz yuxarıda qeyd olunan səbəblərdən qaynaqlanıb.
2013-cü ilin prezident seçkiləri ərəfəsində ortaya çıxan “Milli şura” layihəsinin Rusiyadakı dairələr tərəfindən hazırlandığına və bu yolda lazım olan vəsaitin də məhz oradan təmin edilməsinə şübhə yoxdur. Elə Ə.Kərimlinin Rüstəm İbrahimbəyovun liderliyini qəbul etməsi də onun maddi maraqlarından qaynaqlanır. Üstəlik, R.İbrahimbəyovun liderliyinin baş tutmaması, əslində, pul hərisi olan Ə.Kərimlinin həmin maraqlarını təmin etmək üçün yol açıb. Yəni Rusiyadakı anti-azərbaycançı dairələrin pulları da birbaşa Ə.Kərimlinin nəzarətinə keçib. Bu zaman Cəmil Həsənli kimi “marionet” sədrin “Milli şura”nın başına gətirilməsi Ə.Kərimlinin maliyyə mənbəyinə nəzarətini daha da asanlaşdırıb.
Hüquq-mühafizə orqanlarının Ə.Kərimlinin dəstəsinin maxinasiya əməliyyatları barədə bəyanatından da aydın olur ki, onun nəzarətindəki “Milli şura”ya Azərbaycanda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün Rusiyadan pullar gəlirmiş. Cinayətkar dəstənin üzvlərinin həbs olunmasından sonra əvvəlki hallarda olduğu kimi, məsələni siyasiləşdirməyə, sosial şəbəkələrdə özünü təmizə çıxarmağa cəhd edən Ə.Kərimlinin açıqlamalarına müvafiq qurumların bəyanatı “tərs şillə” effekti verdi. Belə ki, orada açıqca bəyan edilir ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və başqalarının qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.
Aydın olur ki, Rusiya Federasiyasında yaşayan S.Rüstəmov biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay topladığı pulları Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirib. Hər ay 30 min ABŞ dolları məbləğində pul vəsaiti 2016-cı ilin mart ayından etibarən Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan şəxslər vasitəsilə Vidadi Rüstəmliyə çatdırılıb. Cəmi 412 min ABŞ dollarını V.Rüstəmlidən qəbul edən B.Həsənov, R.Nəsirov, A.Məhərrəmov pul vəsaitlərini Əli Kərimli və digər şəxslərə verdiklərini etiraf ediblər.
Yaranmış vəziyyətin mahiyyəti odur ki, həbs olunan şəxslərdən ibarət mütəşəkkil dəstə cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər cinayət əməllərində təqsirli bilinir. Bu cinayətin ucu isə birbaşa Əli Kərimliyə gedib çıxır. Deməli, ortada dövlətimizin qanunlarını pozaraq qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması əməliyyatında iştirak edən bir dəstə var və onun başında da qeydiyyata alınmamış siyasi quruma rəhbərlik etmək, hətta ölkədə müxalifətin lideri olmaq iddiasında olan Əli Kərimli dayanır. Bu halda Ə.Kərimlinin hazırda həbsdə olan mütəşəkkil dəstənin başçısı olduğunu deməyə də ciddi əsaslar yaranır.
Elə Ə.Kərimlini təşvişə salan da onun mütəşəkkil dəstə rəhbəri kimi ifşa olunmasıdır. Xaricdən aldığı “çirkli pullar”ı özünəməxsus şəkildə yumaq üçün yeri gəldi-gəlmədi təşkil etdiyi mitinqlərdə və sosial şəbəkələrdəki çıxışlarında həmişə korrupsiyadan, rüşvətxorluqdan dəm vuran Ə.Kərimli bu faktların qarşısında çıxılmaz vəziyyətdə qalıb. Hər nə qədər öz ətrafında Ə.Kərimlini yaxşı tanısalar da, baş verənlər qeydiyyatdan keçməmiş “Milli şura” və AXCP adlı qurumlarda ona xidmət edənlər arasında da ciddi narazılıq yaranıb. Ortaya çıxan faktlar bu şəxsin pul hərisliyini o qədər bariz şəkildə sübut edir ki, artıq onun yalnız şəxsi məqsədlərinə xidmət edən mitinqlərini təşkil edən iki-üç nəfərin də bu cür saxtakarlıqdan sonra ondan üz döndərəcəyinə şübhə yeri qoymur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41

