Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
30.05.2018 [09:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 28-də Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublika əhalisini, müstəqilliyimizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu və birləşmələrinin şəxsi heyətini təbrik edərək deyib: İstiqlal bayramımızı əlamətdar dövrdə qeyd edirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında deyilir ki: “Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda ... Azərbaycanın yaşadığı mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır”.
Ali Məclisin Sədri deyib: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın istiqlal tarixinin şanlı səhifəsidir. Cəmi 23 ay yaşamasına baxmayaraq milli hökumətimizin keçdiyi şərəfli yol gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyev ilk milli Azərbaycan dövlətinin siyasi tariximizdə oynadığı rola böyük dəyər verərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi”.
Ali Məclisin Sədri deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətidir. Ümummilli liderimizin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib”.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib.
Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan “Bayraq” qrupunun nizami addımları ilə yürüşə start verilib.
Minlərlə şəhər sakini yürüşə baxıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

