Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir

Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir

26.05.2018 [07:26]

“Rüstəm İbrahimbəyov həmişə Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətkar mövqedə olub. Onun bir çox əsərlərində, kütləvi informasiya vasitələrinə müsahibələrində bunu açıq şəkildə müşahidə etmək mümkündür”. Bunu Milli Məclisin deputatı Mirzəcan Xəlilov Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını təhqir etməsinə münasibət bildirərkən deyib. Millət vəkili Mirzəcan Xəlilovun sözlərinə görə, bədnam “Qafqaz üçlüyü” filminin əsas ideyası xalqımıza qarşı nifrəti tərənnüm etmək, azərbaycanlıları aşağılamaq, buna paralel olaraq erməniləri yüksək keyfiyyətlərə malik xalq kimi təqdim etməkdir. Mirzəcan Xəlilov deyib ki, “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun ermənilərlə işbirliyini, onun ermənilərə xidmət etdiyini sübuta yetirən ilk addımı deyil. Bu ermənipərəst “ssenarist” hələ bir neçə il bundan əvvəl Rusiyanın məşhur “Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu demişdi. “Daha sonra müsahibələrinin birində o, ermənilərin mövqeyindən çıxış edərək Qarabağın azərbaycanlılara məxsusluğunu şübhə altına alan fikirlər səsləndirmişdi. Bundan başqa, R.İbrahimbəyovun Bakıdan ermənilərin gedişindən sonra ziyalı mühitinin korlanması ilə bağlı fikirləri olub. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyov özünü azərbaycanlı adlandırsa da, onun erməni ideoloqu Zori Balayandan heç bir fərqi yoxdur”, - deyən M.Xəlilov əlavə edib ki, satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir: “Çünki Azərbaycan xalqına açıq-aşkar nifrət edən, dövlətimizə qarşı kin-küdurətini hər fürsətdə dilə gətirən, xalqımızın düşmənləri ilə əməkdaşlıq edən, azərbaycanlılara qarşı soyqırımlar törətmiş ermənilərin pulu və tapşırığı ilə hərəkət edən İbrahimbəyovun Azərbaycan dövlətinin ali titullarını daşımağa, xalqımızı təmsil etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. Belə bir satqın Azərbaycan dövlətinin mükafatlarına, xalqımızın ehtiram və hörmətinə layiq deyil. Hətta mən hesab edirəm ki, onun əməlləri hüquqi cəhətdən də qiymətləndirilməli, müvafiq tədbirlər görülməlidir”.
Daha sonra Rüstəm İbrahimbəyovun vaxtilə Azərbaycanın radikal müxalifət düşərgəsinin vahid namizədi, lideri olduğunu xatırladan millət vəkili vurğulayıb ki, “Milli şura” adlanan qondarma qurumun təmsilçiləri belə bir satqını Azərbaycan xalqının tanınmış ziyalısı, görkəmli xadimi adlandırırdılar. Qondarma “Milli şura” təmsilçilərinin lider hesab etdikləri adamın bu gün ermənipərəst, satqın xislətinin növbəti dəfə ifşa olunması Əli Kərimli, Cəmil Həsənli və digərlərinin də məqsədlərini ortaya qoyur: “Əlbəttə ki, bir neçə gündür istər ölkə KİV-ində, istərsə də sosial şəbəkələrdə bu satqınlara cəmiyyətin münasibətinin nədən ibarət olduğunu müşahidə edirik. Azərbaycan xalqı bu xəyanətkar, satqın əməlləri heç vaxt bağışlamayacaq”.

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30