/ / Sədaqət Vəliyeva: Rüstəm İbrahimbəyovun əməlləri onun Azərbaycan xalqına nifrətinin göstəricisidir
Sədaqət Vəliyeva: Rüstəm İbrahimbəyovun əməlləri onun Azərbaycan xalqına nifrətinin göstəricisidir
24.05.2018 [09:30]
2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun tarixi saxtalaşdırmaq, Azərbaycan xalqı haqqında dünya ictimaiyyətində yalnış fikir formalaşdırmaq cəhdidir. Dəfələrlə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə qarşı “yaradıcılıq” adı altında hücumlar etmiş Rüstəm İbrahimbəyovun əməlləri Azərbaycan xalqına nifrətinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, Azərbaycan xalqı daim vətənpərvər, sülhsevər və mehriban xalq kimi tanınıb. Lakin ermənilər Cənubi Qafqaza köçürüləndən bu günə qədər türklərə, müsəlmanlara, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib, torpaqlarımıza iddia edib, hətta, ərazilərimizi işğal ediblər. “Hərçənd, Rüstəm İbrahimbəyov bilməmiş olmaz ki, Azərbaycanın tarixi torpaqlarında özünə yer etmiş ermənilər XX əsr boyunca 2 milyondan çox azərbaycanlını soyqırımına, 1 milyondan çox soydaşımızı deportasiyaya məruz qoyub, tarixi yaşayış məskənlərindən didərgin salıb. Məgər, Rüstəm İbrahimbəyov bu filmi çəkərkən ermənilərin Ağdabanda, Xocalıda törətdiyi soyqırımları da bilmirdimi? Yaxud, Bakıda, Sumqayıtda, Qubada, Şamaxıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Qarabağda demək olar ki, Azərbaycanın bütün bölgələrində ermənilərin qanlı əlinin izlərinin olması haqqında bilgisi yoxdurmu? Əlbəttə ki, var. Sadəcə olaraq görünür erməni lobbisinin maliyyəsi, hədiyyələri Rüstəm İbrahimbəyov üçün milli mənəvi dəyərlərdən, tarixi-milli mentalitetimizdən daha vacibdir, üstündür”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
“Filmdə rejissorun azərbaycanlıları qəddar, erməniləri isə məzlum göstərmək cəhdi çox incə bir məqamdan xəbər verir”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Rüstəm İbrahimbəyovun bu filmi illərdir ermənilərin dünyada özləri haqqında məzlum obrazı yaratmaq siyasətinə bir dəstəkdir. Özünü azərbaycanlı kimi təqdim edən, əslində isə erməniləşmiş Rüstəm İbrahimbəyov bu filmi ilə erməni lobbisinə, dünya erməniliyinə hədiyyə vermiş olub. Əkrəm Naibov kimi Rüstəm İbrahimbəyov da Azərbaycan xalqına, Azərbaycan dövlətinə xəyanət edib. Bu məqamda 2013-cü ildə Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd kimi görən Milli Şuradakılar, xüsusilə də, Cəmil Həsənli, Əli Kərimli kimi antimilli ünsürlərin də erməni lobbisinin maraqlarına xidmət etdikləri sübut olunur. Bu cür reallıqların ortada olduğu bir zamanda bu antimilli ünsürlər hansı üzlə insanların qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışa bilirlər? Düşünürəm ki, Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, Cəmil Həsənlinin və digər antimilli ünsürlərin cavabı ən azından Əkrəm Naibovun xəyanətinə verilən cavab qədər olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

