/ / Bəhruz Quliyev: Rüstəm İbrahimbəyovun xəyanətkar əməli Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb
Bəhruz Quliyev: Rüstəm İbrahimbəyovun xəyanətkar əməli Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb
24.05.2018 [09:27]
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlılar balacadan böyüyə qədər təhqir olunmuş formada, ermənilər isə əksinə təqdim olunub. Nə vaxtsa Azərbaycanda yaşayan bir şəxsin bu cür təfəkkürü başa düşülən deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Nankor kinorejissorun dəfələrlə ermənipərəst mövqe sərgilədiyini deyən ekspert söyləyib ki, sözügedən filmin maliyyə mənbəyini araşdırdıqda onun mənfur düşmənlərimizlə əlaqələri olması istisna edilmir.
B.Quliyev deyib ki, ən pisi Rüstəm İbrahimbəyovun bir zamanlar Azərbaycan ictimaiyyətinə prezidentliyə namizəd kimi təqdim edilməsidir: “Onun xaricdəki ermənipərəst qüvvələr tərəfindən dəstəklənməsi azmış kimi, daxildəki Əli Kərimli, Cəmil Həsənli kimilər düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə çalışır, onu dəstəkləyirdilər. Görəsən, bundan sonra onlar vaxtilə atdıqları addımlarına nə ad qoyacaqlar?”.
Bəhruz Quliyev əlavə edib ki, baş verənlərin Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli, ermənipərəst olduğunu açıq şəkildə göstərir. Bu xəyanətkar əməl Azərbaycan cəmiyyətində də hiddətlə qarşılanıb.
Qeyd edək ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.
Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.
Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti özünü aydın büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27

