Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Məclisdə olub
23.05.2018 [09:50]
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 22-də Azərbaycan Respublikası Milli Məclisində olub.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalında olub. Burada qonağa Ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və beynəlxalq əlaqələrinin qurulmasında Ulu öndərin xidmətləri barədə məlumat verilib.
Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında görüş olub.
Oqtay Əsədov Aleksandr Vuçiçin vaxtilə Serbiyanın Baş naziri kimi də Milli Məclisdə olduğunu xatırladıb. Ölkələrimiz arasında əlaqələrin tarixindən danışan Milli Məclisin sədri münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Oqtay Əsədov iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib.
O, ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil etdiyini bildirib.
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, beynəlxalq qurumlardakı əməkdaşlığın da razılıq doğurduğunu söyləyib.
Prezident Aleksandr Vuçiç dost ölkələr olan Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən Serbiya Prezidenti bu istiqamətdə lazımi addımların atıldığını diqqətə çatdırıb.
Serbiya dövlətinin başçısı qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Vurğulayıb ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək.
Ali qonaq ölkəmizi uğurla reallaşdırdığı böyük layihələrə görə təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

