/ / Asiya-Avropa Siyasi Forumunda Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqindəki rolundan bəhs edilib
Asiya-Avropa Siyasi Forumunda Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqindəki rolundan bəhs edilib
19.05.2018 [09:13]
Yeni Azərbaycan Partiyası (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva mayın 17-20-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən ikinci Asiya-Avropa Siyasi Forumunda iştirak edir.
AZƏRTAC xəbər verir ki, YAP təmsilçisi forum çərçivəsində “Sülh və tərəqqi naminə Asiya-Avropa tərəfdaşlığı, regional əməkdaşlıqda və əlaqələrdə siyasi partiyaların rolu” mövzusunda seminarda çıxış edib.
S.Fətəliyeva qeyd edib ki, hazırkı dövr terror, ekstremizm, etnik və dini dözümsüzlük, ksenofobiya və islamofobiyanın xəstəlik kimi yayıldığı, hər gün günahsız insanların, uşaqların öldüyü təhlükəli və mürəkkəb bir dövrdür. Belə şəraitdə dövlətlər və xalqlar arasında dialoq və əməkdaşlığın təşkili olduqca vacibdir. Azərbaycan regional əməkdaşlıq və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayan ölkədir.
Milli Məclisin deputatı Azərbaycanın əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olması, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, müxtəlif etnik və dini qrupların sülh şəraitində yaşamasından bəhs edib. O deyib: “Nəticədə, bu gün ölkəmiz beynəlxalq multikulturalizm mərkəzinə çevrilib. 2008-ci ildə Bakı prosesi ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini bir araya gətirdi və sonradan hər il keçirilən mədəniyyətlərarası dialoq forumuna çevrildi. 2010-cu ildə keçirilən dünya dini liderlərinin sammiti müxtəlif dinlərin təmsilçilərinin bir araya gələrək aktual mövzuları müzakirə etmələrinə şərait yaratdı”.
S.Fətəliyeva son dövrlərdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində geniş tranzit imkanları olan əlverişli logistik mərkəzə çevrildiyini bildirib. Bu baxımdan Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi ölkəmizi bütün Avrasiya regionunda önəmli qovşağa çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə Azərbaycanı Türkiyəyə, eləcə də Mərkəzi Asiya və Çini Avropaya birləşdirən nəqliyyat dəhlizi olmaq imkanlarına malikdir.
Azərbaycanda nəqliyyat və logistika mərkəzlərinin yaradılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət regiona siyasi və iqtisadi dividendlər gətirməklə gələcəkdə bütün Avrasiya regionunun rifahına xidmət edəcəkdir.
Həmçinin Milli Məclisin deputatı ölkəmizin fəal iştirakçısı olduğu Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatları çərçivəsində terrorizm, separatçılıq və zorakı ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silah, narkotik qaçaqmalçılığı, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, habelə kibercinayətkarlıq və qanunsuz miqrasiyanın bütün təzahürlərinə qarşı mübarizə aparıldığını da vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

