/ / "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş beynəlxalq simpoziuma start verilib
"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının müştərək tədqiqinə həsr edilmiş beynəlxalq simpoziuma start verilib
01.10.2009 [11:02]
Layihə Almaniyanın nüfuzlu elm mərkəzləri olan Mayns Universitetinin Şərqşünaslıq İnstitutu və Germanistika bölümü, həmçinin, Osvard fon Volkenştayn Cəmiyyəti ilə birgə həyata keçirilir. BSU gələcəkdə “Kitabi-Dədə Qorqud” dastanının digər məşhur dünya xalqları eposları ilə müqayisəli tədqiq edilməsi istiqamətində də müvafiq addımlar atmaq məqsədilə Rusiya və Fransanın əlaqədar universitetləri ilə danışıqlar aparır.
Tədbirdə qeyd edildi ki, 5 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda və Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş ayrı-ayrı simpozium təşkil olunacaq. Həftə ərzində davam edəcək birinci simpoziumun mövzusu “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” eposlarının linqvistik təhlili” adlanır. 2010-cu ildə isə Almaniyada reallaşacaq ikinci simpozium sözügedən dastanların ədəbi xüsusiyyətlərinin tədqiqinə həsr olunacaq. Ondan sonrakı ildə Bakıda təşkil olunacaq üçüncü simpozium dastanların stilistikası, nəşri və tərcüməsi məsələlərini əhatə edəcək. 2012-ci ildə Almaniyada keçiriləcək dördüncü simpozium kulturoloji problemlərə, dastanların tədqiqi tarixinə, 2013-cü ildə keçirilməsi planlaşdırılan sonuncu Bakı simpoziumu isə dastanların dərki, həmçinin, xalqlarımızın dünyagörüşü və həyatında dastanların rolu məsələlərinə həsr olunacaq. Qarşıdakı 5 il ərzində BSU və Mayns Universitetində sözügedən simpoziumlara hazırlıq tədbirləri keçiriləcək, müxtəlif disputlar, debatlar, tələbə-şagird konfransları, müsabiqələr təşkil olunacaq və yekun tədbirlər kimi simpoziumlar çağırılacaq.
Layihənin həyata keçirilməsi müddətində müxtəlif mədəni-kütləvi tədbirlərin reallaşması da nəzərdə tutulub.
“Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi çərçivəsində keçirilən ilk simpoziumda Almaniyadan 30-a yaxın nüfuzlu elm xadimi və alim-filoloq iştirak edir. Onların sırasında Mayns Universiteti Şərqşünaslıq Seminarının rəhbəri, dünyanın məşhur türkoloqlarından sayılan professor H.Bushoten, Osvald fon Volkenştayn, Cəmiyyətinin prezidenti, qədim german xalqları ədəbiyyatının gözəl bilicisi professor Z.Hartmann, Mayns Universiteti Qədim alman ədəbiyyatı bölümünün müdiri, görkəmli ədəbiyyatşünas, professor Uta Ştörmer-Caysa da var.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina universitetlər arasında əməkdaşlığın xüsusi prioritetə malik olduğunu qeyd edib. O, Almaniyada çox sayda azərbaycanlı tələbənin təhsil aldığını deyib və əlavə edib ki, belə layihələrin həyata keçməsi Azərbaycana olan marağı daha da artıracaq. “Kitabi-Dədə Qorqud”un hazırda ikinci dəfə alman dilinə tərcümə olunduğunu söyləyən səfir, Azərbaycan alimlərindən bu dastanda çayların və bulaqların niyə qırmızı, dağların qara rəngdə təsvir olunduğunu soruşub.
K.Abdulla diplomatın sualını belə cavablandırıb: “Azərbaycanın suları indi də qırmızı axır, çayların, bulaqların rəngi indi də qanlıdır. Bu Dağlıq Qarabağda şəhid olanların qanıdır. Qara dağlar isə böyük mənasını daşıyır. Bunlar bir metaforadır”.
Milli Elmlər Akademiyasının elmi katibi Sərxan Abbas oğlu bu layihəni Şərq və Qərb mədəniyyətlərinin qovşağı adlandırıb. Təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, bu dastanlar Azərbaycan və alman xalqlarının kimliyini göstərir. “Kitabi-Dədə Qorqud”u bizim üçün alman xalqı qoruyub”, deyən Elmar Qasımov buna görə Drezden kitabxanasının kollektivinə minnətdarlığını bildirib. Yuğ Teatrının rəhbəri Vaqif İbrahimoğlu deyib ki, iki ədəbi abidənin mətnlərində bir çox ortaq strukturlar aşkarlanır.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

