Səməd Seyidov: AŞPA-nın son qərarı Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir
17.05.2018 [09:31]
Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edir. Lakin bu, o demək deyil ki, Avropa Şurasının həmin strukturlarında ölkəmizə qarşı qərəzli mövqe yoxdur. Mayın 15-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qərar da bu ikili standartların bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təşkilatın Assambleyanın bəzi üzvlərinə, o cümlədən Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı mayın 16-da keçirdiyi mətbuat konfransında söyləyib.
Səməd Seyidov bildirib ki, Avropa Şurasında sağlam qüvvələr olsa da, Azərbaycana qarşı olan qüvvələr, erməni lobbisi ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirirlər. Lakin həmin qüvvələr Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə təsir göstərə bilməyəcəklər. Ermənistan və onun ətrafında olan qüvvələr beynəlxalq arenada Azərbaycana uduzduqları üçün başqa taktika seçirlər. Azərbaycan nümayəndə heyəti AŞPA-da hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldırır, Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. AŞPA-da sanksiya tətbiq olunan insanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bu qərəzli addımlar bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir. Azərbaycanın Avropa Şurası ilə çox yaxşı münasibətləri var, ancaq bunu gözü götürməyən qüvvələr ölkəmizi bu yoldan çəkindirmək istəyirlər. Lakin heç kim düşünməsin ki, biz bu meydanı tərk edəcəyik.
S.Seyidov deyib ki, Azərbaycan nümayəndə heyəti rəhbərinin adı bu siyahıya qərəzli şəkildə salınıb. Bu qərəzli sanksiya bizim söz demək imkanlarımıza, hansısa sənədlərin hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz. Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

