/ / Azərbaycan nümayəndə heyəti ABŞ-da keçirilən görüşlərdə ölkəmizdəki tolerantlıq barədə məlumat verib
Azərbaycan nümayəndə heyəti ABŞ-da keçirilən görüşlərdə ölkəmizdəki tolerantlıq barədə məlumat verib
16.05.2018 [09:38]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərliyi ilə ABŞ-da səfərdə olan Azərbaycan nümayəndə heyəti Birləşmiş Ştatların Katolik Kilsəsinin rəhbərlərindən biri, ABŞ Yepiskoplar Konfransının vitse-prezidenti, Los-Anceles arxiyepiskopu Xose Horasiyo Qomezlə görüşüb. Bu barədə AZƏRTAC-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Los-Ancelesin ən böyük və müasir üslubda tikilmiş Kafedral Kilsəsində baş tutan görüşdə Mübariz Qurbanlı arxiyepiskopa Azərbaycandakı tolerant və multikultural mühitdən danışıb. O bildirib ki, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəydir, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri olub, milli, dini, eləcə də irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. 31-i qeyri-islam olmaqla 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, xristianlığa, yəhudiliyə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Daha sonra dini icmaların liderləri Azərbaycandakı dini tolerantlıq və dialoq mühiti barədə arxiyepiskopla fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətinin növbəti görüşü Los-Anceles vilayətinin Nəzarətçilər Şurasının sədri Şeyla Kuehl ilə baş tutub. Şeyla Kuehl 2008-ci ildə Kaliforniyanın ştat senatoru kimi ölkəmizə səfər etdiyini və Azərbaycandan xoş təəssüratlarla ayrıldığını deyib.
Görüşdə Mübariz Qurbanlı Azərbaycanda dinə dövlət qayğısından bəhs edib. Qeyd edilib ki, dini ənənələrə və mədəniyyətə malik olan Azərbaycan bu gün dini əmin-amanlığa və sabitliyə töhfə verən örnəkdir. Bunun əsası Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdıran komitə sədri vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi diqqət göstərildiyini qeyd edib. O, Azərbaycanda 2250 məscid, 14 kilsə və 7 sinaqoqun fəaliyyət göstərdiyini söyləyib.
Nümayəndə heyəti, həmçinin Los-Ancelesdə nəşr olunan, ABŞ-ın ən böyük oxucu kütləsinə malik olan “Jewish Journal” qəzetinin prezidenti Devid Suisa ilə görüşüb. Söhbət zamanı Azərbaycanda mövcud olan multikulturalizm ənənələri, dinlərarası tolerantlıq və harmoniya haqqında ətraflı məlumat verilib. Görüşdə, eyni zamanda, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğu və sülh şəraitində dinc yanaşı yaşadığı, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdikləri və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində gündən-günə daha da gücləndiyi diqqətə çatdırılıb.
Görüşlərdə iştirakçılara Azərbaycanda dini tolerantlıq mühitini, həmçinin Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitablar təqdim olunub.
Qeyd edək ki, səfər DQİDK, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə Azərbaycandakı dini konfessiya təmsilçiləri - Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski və onun müavini Yevgeni Brenneysen daxildir. Görüşlərdə nümayəndə heyətini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müşayiət edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25

