“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirə olunub
16.05.2018 [09:35]
Mayın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Aqiyə Naxçıvanlı iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirə olunacağını deyib. Bildirib ki, sənəd Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.
Qeyd edilib ki, ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir. Məhz bu baxımdan, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik aktları mütəmadi olaraq təkmilləşir və zamanın tələbinə uyğun yeni qanunlar hazırlanır.
Diqqətə çatdırılıb ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin hazırlanmasında komitə üzvləri yaxından iştirak ediblər. Sənəd Azərbaycan Konstitusiyasına, “Uşaq hüquqları haqqında”, “İctimai Televiziya və Radio Yayımı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb.
Beş fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.
Sənəddə yaş təsnifatının aparılması məqsədilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələblər, ekspertizanın aparılması qaydaları, ekspert rəyinin verilməsi ilə bağlı məsələlər öz həllini tapıb.
Komitə üzvləri Sahibə Qafarova, Tahir Rzayev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev, parlament Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova çıxışlarında bildiriblər ki, qanun müasir dövrün tələblərinə uyğun olaraq mükəmməl hazırlanıb. Uşaqların təhlükəsizliyinin qorunması cəmiyyətin əsas vəzifələrindəndir. İnternetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, uşaqların sosial inkişafına ziyan vuran bəzi mənfi məqamlar da var. İnformasiya resurslarının imkanlarından səmərəli istifadə olunmalıdır. Təhlükəli və zərərli informasiyaların qarşısının alınması, bunun uşaqların təlim-tərbiyəsinə mənfi təsiri barədə ictimaiyyət arasında maarifləndirmə işləri aparılmalıdır. Qeyd edilib ki, qanun uşaqların və yeniyetmələrin düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Müzakirələrdən sonra “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə sədri Aqiyə Naxçıvanlı diqqətə çatdırıb ki, 15 may dünyada Ailə Günü kimi qeyd edilir. Ailə institutunun qorunması və möhkəmləndirilməsi aktual məsələlərdəndir. Bu baxımdan, “Azərbaycan ailə modeli: dəyərlər və müasirlik” mövzusunda dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

