Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
05.05.2018 [15:25]
Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bursa Dövlət Simfonik Orkestrinin konsertində olub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən Ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikamızda geniş qeyd olunur, silsilə tədbirlər, idman yarışları və konsert proqramları keçirilir. Tədbirlər Planına uyğun olaraq, bu gün Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestrinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konserti keçirilir.
Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərərkən əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrini ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra “Bir millətin iki dövləti” səviyyəsinə yüksəldib. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan-Türkiyə əlaqələrinə mühüm əhəmiyyət verir, ikitərəfli münasibətlərimiz müxtəlif sahələr üzrə uğurla inkişaf edir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, turizm, ordu quruculuğu və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq vardır. Mədəniyyət kollektivlərinin və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni-kütləvi tədbirlərin və konsertlərin təşkili də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qardaş Türkiyənin Bursa Dövlət Simfonik Orkestri ilk dəfədir Naxçıvanda konsert proqramı ilə çıxış edir. Orkestr 1999-cu ildə Bursa şəhərində yaradılıb, 2012-ci ildə Türkiyədə keçirilən müsabiqədə “İlin orkestri” adına layiq görülüb.
Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Xalq Artisti Yalçın Adıgözəlovun və orkestrin rəhbəri Sedat Dağhan Doğunun dirijorluğu ilə keçirilən konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Niyazinin, Vasif Adıgözəlovun, türkiyəli bəstəkar Ülvi Camal Erkinin, dünya bəstəkarlarından Jorj Bizenin, Rudcero Leonkavallonun, Antonio Vivaldinin, Cakomo Puççininin əsərləri, eləcə də Sevil Əliyevanın “Ana” mahnısı məharətlə ifa olunub. Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynovun, İzmir Opera Teatrının solisti Levent Gündüzün, müğənnilərdən Elton Hüseynəliyevin və Gülay Zeynallının çıxışları alqışlarla qarşılanıb.
Bursa Dövlət Simfonik Orkestrinin konserti “Xalq Heydər söyləyəcək” və “Qarabağ şikəstəsi”nin ifası ilə sona çatıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Bursa Dövlət Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onları uğurlu konsert proqramına görə təbrik edərək deyib: “Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan sizin ikinci vətəninizdir. Böyük Atatürk deyirdi ki, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Ümummilli liderimiz Heydər Əliyev isə deyirdi ki, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bugünkü konsert dahi rəhbərlərimizin fikirlərinin nümayişinə çevrildi. Sevincli gündə bir yerdə olduq, bir millətin, iki dövlətin orkestri gözəl konsert proqramı ilə çıxış etdi”.
Ali Məclisin Sədri deyib: “Qısa müddətdir yaranmasına baxmayaraq, Bursa Dövlət Simfonik Orkestri təqdim etdiyi konsert proqramı ilə dünya səviyyəli orkestr olduğunu göstərdi. Orkestrin bugünkü çıxışı sadəcə bir konsert proqramı deyil. Bu, xalqın mədəniyyətinin göstəricisidir. Bütün bunlar ölkələrimizin inkişafının nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda və Türkiyədə sənaye və kənd təsərrüfatı ilə yanaşı, mədəniyyət də inkişaf edir. Çünki mədəniyyətin inkişafı olmadan ölkənin ümumi inkişafını təmin etmək mümkün deyil”.
Ali Məclisin Sədri konsertin təşkilatçılarına təşəkkürünü bildirib, Bursa Dövlət Simfonik Orkestrini yenidən Naxçıvana konsertə dəvət edib.
Bursa Dövlət Simfonik Orkestrinin üzvü Gökçə Özlər və Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov Naxçıvanda olmaqdan və Ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsertin təşkilindən məmnunluqlarını, bundan sonra da muxtar respublikada konsert proqramları ilə çıxış edəcəklərini bildirib, fəaliyyətlərinə verilən yüksək qiymətə görə orkestrin heyəti adından minnətdarlıq ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22

