Azərbaycan bayrağı İst-River sahilində...
30.09.2009 [15:45]
Dünən “Excelsior” mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf etdiyi yeni nəşrinin - “Azərbaycan bayrağı İst-River sahilində” kitabının təqdimat mərasimi olub. Kitab oxuculara Azərbaycan və ingilis dillərində tam mətn, çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. Nəşrdə ölkəmizin BMT ilə əlaqələrindən və qəbul olunmuş mühüm sənədlərdən də söhbət açılır.
Mərasimdə çıxış edən mərkəzin rəhbəri Fuad Babayev, akademik Asəf Nadirov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının ictimai əlaqələr və informasiya şöbəsinin müdiri Fərqan Abbaszadə kitabın əhəmiyyətindən danışıb, onun Heydər Əliyev irsinin öyrənilməsində mühüm mənbə olacağını vurğulayıb, Azərbaycanın BMT ilə münasibətlərindən bəhs ediblər.
Vurğulanıb ki, ilk dəfə olaraq məhz Ulu öndər BMT-nin tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırıb və bu fikirlər indiyədək aktual olaraq qalır. Bu kitab elmi araşdırmalar və diplomatiyamızın uğurlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kitabda Ulu öndər Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Nyu-Yorkda Minilliyin zirvə görüşündəki çıxışları yer alıb. Həmçinin, kitaba Prezident İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı nitqləri, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib.
Bundan əlavə, kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ona YUNESKO-nun xoşməramlı səfiri fəxri adının verilməsi mərasimindəki və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında “Azərbaycan otağı”nın açılışındakı çıxışları da yer alıb.
ümumiyyətlə, 64 sənədin, sözügedən çıxış və görüşlər zamanı çəkilmiş 50-dən çox fotosənədin, BMT-Azərbaycan münasibətlərinin şərh olunduğu tarixi arayışın, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamənin daxil edildiyi kitab mütəxəssislər üçün qiymətli mənbədir.
Kitabda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) rəsmi saytının materiallarından da istifadə olunub.
TURANƏ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

