/ / Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilinə tərcümə edilmiş iki cildinin təqdimat mərasimi keçirilib
Budapeştdə “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilinə tərcümə edilmiş iki cildinin təqdimat mərasimi keçirilib
04.05.2018 [10:15]
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin Böyük zalında tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” trilogiyasının macar dilində nəşr edilmiş iki cildinin təqdimatı keçirilib. Tədbir Ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində macarıstanlı alimlər və ədəbiyyatçılar, Budapeştdə akkreditə edilmiş diplomatik missiyaların nümayəndələri, jurnalistlər, Azərbaycan diasporunun üzvləri, Macarıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev tədbiri açaraq kitabın müəllifi Elmira Axundovanı və macar dilinə tərcümənin müəllifi Tamaş Varxedini tədbir iştirakçılarına təqdim edib. Diplomatik missiyanın rəhbəri dahi siyasətçinin həyat yolu və özünün Heydər Əliyevin komandasında işlədiyi dövr barədə söhbət açıb.
Sonra trilogiyanın müəllifi Elmira Axundova qonaqların qarşısında çıxış edərək dahi siyasətçi Heydər Əliyevin həyatının ən parlaq və yaddaqalan epizodları, xüsusən ölkəmizdə hakimiyyətsizlik dövrü olan 1991-1993-cü illər barədə xatirələrini danışıb. O, Ümummilli liderin xatirəsinin əbədiləşdirilməsinin davam etdirilməsi ilə əlaqədar yaradıcılıq planlarını bölüşüb, gələcək kitablarının adlarını açıqlayıb.
Tərcüməçi Tamaş Varxedi Macarıstan ictimaiyyətini regionda baş verən siyasi proseslər və görkəmli liderlər barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O etiraf edib ki, bu əsərin macar dilinə tərcüməsi zamanı xüsusi məsuliyyət hiss edirdi, çünki bu nəşrin baş qəhrəmanı qeyri-ordinar şəxsiyyət olub. T.Varxedi əmin olduğunu bildirib ki, bu trilogiya və onun baş qəhrəmanı macar oxucularının Azərbaycanı daha yaxından tanımasına və sevməsinə, onun üzləşdiyi problemləri və çətinlikləri anlamağa, bu gözəl ölkənin və onun əməksevər xalqının gələcəyinə inanmağa kömək edəcək.
Tədbirin qonaqları - Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Qabor Xamza, Kral Sigizmund Universitetinin rektoru, professor Peter Satmari, Macarıstanın Azərbaycanda ilk səfiri olmuş Yeno Boroş, tanınmış jurnalistlər Peter Dunai, Peter Erdeyi, Azərbaycan ədəbiyyatını orijinaldan macar dilinə tərcümə edən Mariya Keneşi, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva və başqaları kitab haqqında təəssüratlarını bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41

