AŞPA-nın qərəzli “hesabat”ı subyektiv mülahizələrə söykənir və qeyri-obyektivdir
04.05.2018 [10:13]
Qurumun qondarma “hesabat”ı anti-Azərbaycan dairələrin növbəti oyunu kimi dəyərləndirilir
Azərbaycanın dinamik inkişafı, regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınması bəzi qərəzli xarici dairələr tərəfindən narahatlıqla qarşılanır. Həmin anti-Azərbaycan dairələr ölkəmizin müstəqil daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Belə ki, həmin dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmaq üçün “qara piar” kampaniyası aparırlar. Bu baxımdan, Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən qondarma “korrupsiya hesabatı”nın qəbul olunması da Qərbdəki bəzi anti-Azərbaycan, islamofob və ermənipərəst qrupların ölkəmizə qarşı növbəti oyunu kimi qiymətləndirilir.
“Korrupsiya hesabatı” AŞPA-nın Azərbaycana qarşı ikili standartlar siyasətinin ifadəsidir
Ekspertlər diqqətə çatdırırlar ki, AŞPA-nın “korrupsiya hesabatı” qondarma iddialardan və subyektiv mülahizələrdən ibarətdir. Məsələn Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, AŞPA-nın “hesabat”ı tamamilə qərəzli və qeyri-obyektivdir: “Ümumiyyətlə, bu qurumun monitorinqləri obyektiv xarakter daşımır, müxtəlif dairələrin maraqlarına xidmət edir. Bu “hesabatlar” müstəqil dövlətlərə təzyiq məqsədilə hazırlanır. Məhz qondarma “korrupsiya hesabatı” AŞPA-nın Azərbaycana qarşı ikili standartlar siyasətinin ifadəsidir”.
“Hesabat”ın çoxsaylı ziddiyyətli məqamlarla dolu olduğunu deyən R.Əliyev bildirib ki, Azərbaycana qarşı irəli sürülən ittihamlar cəfəngiyatdan başqa bir şey deyil: “Avropadakı bəzi dairələr Azərbaycana qarşı ittihamlar irəli sürməklə öz eybəcərliklərini ölkəmizin nümunəsində qabartmağa çalışırlar. Bunlar manipulyasiyadır və məqsədli şəkildə həyata keçirilir, qarayaxma kampaniyasının tərkib hissəsidir”.
Azərbaycanın AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməsi zərurətə çevrilib
Milli Məclisin deputatı Kamilə Əliyeva isə diqqətə çatdırıb ki, AŞPA-nın qərəzli “korrupsiya hesabatı” bu qurumun siyasi təzyiq vasitəsinə çevrildiyini və ikili standartlar siyasətini davam etdirdiyini göstərir: “AŞPA bu cür qərəzli fəaliyyətini müxtəlif dövrlərdə davam etdirib, ədalətsiz və qeyri-obyektiv “hesabat”lar təqdim edib. Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi məruzəçilərin anti-Azərbaycan fəaliyyəti məlumdur. AŞPA bu ənənəni davam etdirir və Azərbaycana qarşı ittihamlarla dolu “hesabat”ın hazırlanması bunun bariz nümunəsidir”.
Millət vəkili vurğulayıb ki, bütün bu hallar Azərbaycanın AŞPA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməsini zəruri edir. “Azərbaycan 17 ildir ki, AŞPA-nın üzvüdür. Ötən zaman müddətinə nəzər saldıqda məlum olur ki, bu quruma üzvlük Azərbaycana heç nə verməyib. Əksinə, Azərbaycan ədalətsiz, qərəzli və qeyri-obyektiv münasibətlə rastlaşıb. Bütün bu reallıqları müşahidə edən Azərbaycan ictimaiyyəti AŞPA-ya üzvlüyün yenidən nəzərdən keçirilməsinin vacib olduğunu bəyan edir”, - deyə K.Əliyeva əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08

