Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan siyasi xaosdan qurtula bilmir

Ermənistan siyasi xaosdan qurtula bilmir

02.05.2018 [09:17]

Ekspertlər isə bütün yolların iflasa apardığını bildirirlər
Ermənistanda ictimai-siyasi kataklizmlər davam edir, bu ölkə mətbuatı siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatdığını yazır. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud vəziyyəti siyasi kataklizmlər şiddətləndirir və ölkənin gələcəyi sual altındadır.
Ermənistanın siyasi mənzərəsi: meydanda mitinq, parlamentdə seçkilər
Yeri gəlmişkən, mayın 1-də İrəvanın Respublika meydanında Nikol Paşinyanın tərəfdarlarının çoxminlik mitinqi başlayıb, parlamentdə isə baş nazir seçkiləri keçirilib. Səsvermə zamanı Nikol Paşinyanın baş nazir olmaq üçün yetərli səs toplaya bilməməsi isə vəziyyəti daha da gərginləşdirib. “Vətəndaş sazişi” cəbhəsi genişmiqyaslı aksiyaları bərpa etdiyini bəyan edib və bütün vətəndaşlar itaətsizlik aksiyalarına çağırılıb. Ekspertlər qeyd edirlər ki, siyasi ziddiyyətlər qarşıdurma və aksiyaların daha da şiddətlənməsinə səbəb ola bilər. Analitiklərin proqnozlarına görə, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirəcək.
Bütün bunlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı ölkədə qarşıdakı dövrdə siyasi-iqtisadi böhranın dərinləşəcəyinə, xarici siyasətdə silsilə uğursuzluqların artacağına dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə digər ciddi problemlərin gözlədiyi də proqnozlaşdırılır.
Ermənistanı qarşıdakı dövrdə ciddi siyasi kataklizmlər gözləyir
Bütövlükdə, işğalçı Ermənistanın siyasi-iqtisadi mənzərəsi olduqca acınacaqlıdır. Xaos, qarşdurma və ziddiyyətlər bu ölkədə siyasi palitranın səciyyəvi xüsusiyyətlərini təşkil edir. Ermənistanın hazırkı durumundan narazı olan vətəndaşların perspektivə dair heç bir ümidləri yoxdur. Serj Sarkisyan illərdir ki, rəhbərlik etdiyi klan vasitəsilə Ermənistanın bütün resurslarını istismar edib, sistemli korrupsiya maşını yaradaraq xarici diasporun göndərdiyi ianələri belə mənimsəyib. Nəticədə dünya siyasətində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistanda hökm sürən sosial-iqtisadi və siyasi kataklizmlər daha kəskin xarakter alıb, bütün sahələrdə hökm sürən böhran meyilləri olduqca dərinləşib. Bununla yanaşı, İrəvanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. Nəticə etibarilə, bu gün Ermənistanda iqtisadi vəziyyət olduqca acınacaqlı haldadır. Buna görə də çoxsaylı problemlərlə qarşı-qarşıya olan sadə vətəndaşlar ümidsizliyə qapılıblar. Ekspertlər isə vətəndaşların haqlı narazılığı və narahatlığının səbəbini məhz Ermənistanın siyasi-iqtisadi problemlər məngənəsində olması ilə əlaqələndirirlər. Görünən odur ki, bütün regional layihələrdən təcrid durumuna düşən bu ölkənin yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Əks təqdirdə, Ermənistanın timsalında aşkar olan reallıq hazırkı şəraitdə bütün yolların işğalçı ölkəni iflasa aparmasıdır.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30