/ / Sahibə Qafarova: İşğal altındakı şəhər və kəndlərimizin adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir
Sahibə Qafarova: İşğal altındakı şəhər və kəndlərimizin adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir
27.04.2018 [09:29]
Heç bir beynəlxalq sənəddə, beynəlxalq təşkilatın qəbul etdiyi qətnamədə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı dəyişdirilməyib. Bu qətnamə layihəsində Azərbaycan ərazilərinin adlarını dəyişdirməklə ermənilər növbəti saxtakarlıqları ilə yenə də beynəlxalq hüquqa zidd gedirlər. Ermənistan dövləti bununla bir daha öz işğalçı mahiyyətini ortaya qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın yaz sessiyasında “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı çıxışında deyib. O, Azərbaycanın şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Sahibə Qafarova qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu münaqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar amansızlıqla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı cinayət, Xocalı soyqırımını törədib.
S.Qafarova diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin salınmış bir milyon qaçqın və məcburi köçkünün problemlərinin həlli dövlət siyasətinin prioriteti elan edilmiş, ölkədəki çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur. Qaçqın və məcburi köçkünlərin problemləri çoxistiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması ən əsas humanitar ehtiyaclardır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına qayıtmaqdır.
Deputat vurğulayıb ki, Assambleyada artıq bir neçə dəfə miqrantların, qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib. Bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində silahlı münaqişələr ucbatından Avropaya sığınıb. Ümumiyyətlə, mülki əhalinin öz yurd-yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmalı, onların hüquqları qorunmalıdır.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təklif və israrları ilə AŞPA “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinə 4 düzəliş edib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

