Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: Dövlət başçısının imzaladığı Fərman minlərlə insana şamil olunacaq

Məlahət İbrahimqızı: Dövlət başçısının imzaladığı Fərman minlərlə insana şamil olunacaq

21.04.2018 [10:12]

“Aprelin 19-da möhtərəm Prezidentimiz “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək. Bu, çox qürurverici bir addımdır. Fərman minlərlə insana şamil olunacaq. Özü də burada söhbət hüququ çatan vərəsələrə birdəfəlik böyük məbləğdə vəsait ödənilməsindən gedir. Bu Fərman alqışa layiqdir, əminəm ki, hər kəs bəhs olunan sənədi təqdir edir”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Məlahət İbrahimqızının sözlərinə görə, belə bir Fərmanın imzalanması bu kateqoriyaya daxil olan insanlar üçün böyük təsəllidir: “Möhtərəm Prezidentimiz bu Fərmanı seçki öncəsi də imzalaya bilərdi. Seçkilərdən keçən beş-altı gün ərzində ölkəmizdə qeyri-adi heç nə baş verməyib, hər şey öz axarı ilə gedir. Bütün işlər, layihələr də yüksək səviyyədə davam etdirilir. Yəni demək istəyirəm ki, Prezidentimiz bu cür unikal, arzulanan bir addımı da seçkidən sonraya saxladı. Məlumdur ki, Azərbaycanı sevməyən müəyyən qüvvələr var. Əgər haqqında danışdığımız Fərman seçkilərdən əvvəl imzalansa idi, ölkəmizi, dövlətimizi sevməyən, onun güclənməsini istəməyən həmin qüvvələr bunu da əllərində bayraq edəcəkdilər ki, guya seçki öncəsi Prezident İlham Əliyev belə bir qərarı bilərəkdən, vətəndaşları Öz arxasınca aparmaq, onların səslərini qazanmaq naminə qəbul edib. Möhtərəm Prezidentimizin səbrinə baxın, belə bir arzulanan Fərmanın imzalanmasını seçkidən sonraya saxladı”.

Paylaş:
Baxılıb: 401 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30