Azərbaycan Prezidentindən növbəti humanist addım
20.04.2018 [10:38]
Prezident İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk Fərman dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, onların vərəsələrinə qayğısının bariz nümunəsidir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Bəhs olunan Fərmanın imzalanması son 15 ildə ölkəmizdə reallaşdırılan dərinməzmunlu sosial siyasətin növbəti təzahürüdür. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji xəttə uyğun olaraq son 15 ildə ölkənin getdikcə artan iqtisadi potensialından, maliyyə imkanlarından səmərəli şəkildə istifadə olunaraq insanların rifah halının yaxşılaşması, gəlir imkanlarının artırılması məqsədilə davamlı tədbirlər reallaşdırılıb. Nəticədə, çox qısa müddətdə raspublikamızda yoxsulluq və işsizlik 5 faizədək azaldılıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycanın insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirirlər. Davos İqtisadi Forumunun son qlobal rəqabətlilik hesabatına əsasən, respublikamız dünya üzrə “sosial bərabərsizliyin” ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alır.
Azərbaycanda reallaşdırılan dərinməzmunlu sosial siyasətin ən səciyyəvi cəhətlərindən biri də ondan ibarətdir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir. Belə ki, əhalinin qayğıya ehtiyacı olan bütün təbəqələri dövlət tərəfindən dəstəklənir. Bütövlükdə, respublikada sosial proqramlar uğurla yerinə yetirilir. 2017-ci ilin dövlət investisiya proqramının əsas istiqamətlərindən biri olan sosial layihələrə 627,6 mln. manat vəsait yönəldilib. Bunun da böyük bir hissəsi respublikanın şəhər və rayonlarında əlil və veteranlar üçün yaşayış evlərinin tikilməsinə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına sərf olunub. İl ərzində ölkədə müavinətlərin ödənilməsinə, həmçinin bir sıra digər istiqamətlərə yönəldilən sosial xərclər məqsədyönlü şəkildə artırılıb. Respublikamızda 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat vəsait 2016-cı ilin müvafiq göstəricisindən 9,3 faiz çoxdur.
Bəhs olunan Fərman da deyilənlər baxımından səciyyəvidir. Fərmanda vurğulanır ki, son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Respublikamızda hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib.
Sənəddə də vurğulandığı kimi, bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Azərbaycan Prezidentinin bəhs olunan Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə veriləcək.
Qeyd edək ki, bəhs olunan Fərman Prezident İlham Əliyevin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu Fərman cənab İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Sənəd Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının reallıqda yüksək səviyyədə həyata keçirildiyinin əyani sübutudur. Prezident İlham Əliyev belə bir sənəd imzalamaqla bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir və dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət perspektivdə daha da gücləndiriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

