Hikmət Babaoğlu: Ermənistandakı iğtişaşlar hərbi xunta rejiminə qarşı etirazdır
20.04.2018 [10:32]
Ermənistanda baş verən iğtişaşlar Ermənistan vətəndaşlarının uzun illərdir hərbi xunta rejiminin həyata keçirdiyi təcrid siyasətinə qarşı etirazdır. Bu ölkədə həyat səviyyəsi çox aşağıdır, işsizlik və yoxsulluq səviyyəsi həddindən artıqdır.
Bunu AZƏRTAC-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, miqrasiya və demoqrafik problemlər, əhalinin sayının azalması ermənilərin genefondunu təhdid edən həddə çatıb. Ona görə də ermənilər növbəti mərhələni də qatil Sarkisyan rejiminin zülmü altında keçirmək istəmir. Əgər ənənəvi olaraq Ermənistandakı mövcud regionçuluq problemləri də nəzərə alınsa, o zaman demək olar ki, Yerevan erməniləri “Qarabağ klanı” kimi tanınan və legitimliyi əsla qəbul edilməyən bu quldur dəstəsindən birdəfəlik qurtulmaq istəyirlər.
Milli Məclisin deputatı qeyd edib ki, yeni seçilən prezident yerevanlı olsa da, əlində real hakimiyyət rıçaqları yoxdur və bundan sonra da Ermənistanı de-fakto baş nazir Serj Sarkisyan idarə edəcək. Bu isə o deməkdir ki, problemin kökləri daha da dərindir və siyasi qarşıdurma və ziddiyyətlər bundan sonra da artmaqda davam edəcək. Hətta prezident Armen Sarkisyanın tərəfdarları olan siyasi mərkəzlər də baş nazir Serj Sarkisyana qarşı bu etirazı gizli şəkildə dəstəkləyirlər. Aydın məsələdir ki, Ermənistanın regionda səfil və dilənçi dövlət halına düşməsinin əsas səbəbi onun işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçı ölkəni bütün regional və qlobal layihələrdən kənarda qoymasıdır. Sıravi ermənilər bunu yaxşı başa düşürlər və işğal faktı ortadan qalxmayanadək də vəziyyətin dəyişməyəcəyini bilirlər. Ona görə də etirazçılar özlərində cəsarət tapıb Ermənistan hakimiyyətini nə qədər tez işğalçılıq siyasətindən əl çəkməyə çağırsalar, vəziyyət bir o qədər də onların xeyrinə olar. Ancaq erməni cəmiyyəti mövcud hakimiyyətin təkcə idarəetmə işğalı altında deyil, həm də ideoloji işğalı altındadır. Ona görə də ermənilər işğalçılıq siyasətinə son qoymaqla bağlı çağırışlar etməyə hələ o qədər də hazır deyillər. Seçkilər zamanı bəzi siyasi qüvvələrin bu məsələni açıq şəkildə gündəmə gətirməyə cəsarət etmələri belə deməyə əsas verir ki, nə vaxtsa etirazçılar bu addımı da ata bilərlər. Əsas məsələ isə odur ki, ermənilər artıq başa düşürlər ki, ümid etdikləri kimi, Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

