/ / ATƏT DTİHB missiyasının tərkibindəki prinsipial müşahidəçilər seçki ərəfəsində nə üçün missiyadan uzaqlaşdırılıblar?
ATƏT DTİHB missiyasının tərkibindəki prinsipial müşahidəçilər seçki ərəfəsində nə üçün missiyadan uzaqlaşdırılıblar?
14.04.2018 [10:27]
Və ya ATƏT DTİHB missiyasının saxtakarlığı ifşa edildi
Azərbaycanda aprelın 11-də keçirilmiş prezident seçkiləri şəffaflığı və demokratikliyi ilə yadda qaldı. Yerli və beynəlxalq müşahidəçilər seçkilərin qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirildiyini, hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmadığını qeyd etdilər. Səsvermə günü seçki prosesini işıqlandıran ayrı-ayrı beynəlxalq media qurumlarının nümayəndələri də Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçməsi üçün hər cür şəraitin yaradıldığını, yüksək seçici fəallığı müşahidə etdiklərini bəyan etdilər.
Bütün bunlara baxmayaraq, müəyyən sifarişlər əsasında seçkilərin demokratikliyinə kölgə salmaq istəyən bəzi dairələr qərəzli yanaşma ortaya qoydular. Məhz AŞPA, ATƏT-in Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) hesabatı bu baxımdan xüsusi qeyd edilməlidir. Bəhs olunan müşahidə missiyalarının hesabatında yer alan məqamlar göstərir ki, seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsi gözardı edilib, hesabat konkret olaraq siyasi sifariş əsasında hazırlanıb.
“Demokratiya keşikçiləri”nin antidemokratik mahiyyəti...
Sözügedən hesabatın subyektiv mülahizələrə əsaslandığını və qeyri-obyektiv xarakter daşıdığını göstərən başlıca məqamlardan biri Azərbaycanda prezident seçkilərinin demokratik şəraitdə keçirilməsi, şəffaflıq və ədalətliliyin isə bu prosesin əsas xüsusiyyətini təşkil etməsi barədə hər hansı bir məqamın qeyd edilməməsidir. Halbuki beynəlxalq təşkilatların nümayəndələri, eləcə də Avropa İttifaqı Regional Komitəsi, TÜRKPA, ŞƏT-in müşahidə missiyası, Azadlıq və Demokratiya Fondu, MDB-nin müşahidəçilər missiyası, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu və digərləri, o cümlədən bir çox ölkələrdən gəlmiş müşahidəçilər seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyini birmənalı şəkildə bəyan etdilər. AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin bəyanatında yer alan məqamlar isə həm də beynəlxalq müşahidəçilərin obyektiv rəylərinin şübhə altına alınmasına xidmət edir.
Bütün bunların nəticəsi kimi, Azərbaycan ictimaiyyəti və mediası AŞPA, ATƏT PA və ATƏT DTİHB-nin müşahidə missiyasının seçkilərlə bağlı qərəzli hesabatını ciddi etirazla qarşılayır. Azərbaycan ictimaiyyəti ilkin rəydə yer alan qeyri-obyektiv məqamların reallığı əks etdirmədiyini bildirir, bu yanaşmanın xalqımızın siyasi iradəsinə qarşı hörmətsizlik olduğunu bəyan edir.
Maraqlı nüanslardan biri isə ATƏT DTİHB missiyasının tərkibindəki prinsipial müşahidəçilərin seçki ərəfəsində missiyadan hansı səbəblərdən uzaqlaşdırılması məsələsidir. Məlumata görə, AŞPA missiyasının üzvləri olan, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının nümayəndələri C.Lesnyak və A.Mularçik hesabatda əksini tapan qərəzli fikirlərlə razılaşmadığına, ümumiyyətlə, seçkilərə qeyri-obyektiv qiymət verilməsinə etirazlarını bildirdiklərinə görə uzaqlaşdırılıblar. Bu isə onu göstərir ki, demokratik dəyərlərdən bəhs edən həmin qurumlar obyektivlik tələbinə dözümsüz yanaşaraq antidemokratik mövqe ortaya qoyublar.
Həm yuxarıda adı çəkilən müşahidəçilərin uzaqlaşdırılması, həm də hesabatın öncədən hazırlanmasına dair açıqlanan faktlar onu deməyə əsas verir ki, ATƏT DTİHB missiyasının saxtakarlığı ifşa edildi.
Qərəzli və spekulyasiya xarakterli bəyanatların səsləndirilməsi nəyin ifadəsidir?
Ümumiyyətlə, müstəqil siyasət həyata keçirən ölkələrdə baş tutan seçkilərin demokratikliyi və şəffaflığının şübhə altına alınması yeni hal və təəccüblü deyil. Ayrı-ayrı müşahidə missiyaları vasitəsilə qərəzli, spekulyasiya xarakterli bəyanatların səsləndirilməsi siyasi sifarişə əsaslanır, eyni zamanda, həmin qurumların nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoyur. Görünən odur ki, həmin dairələr demokratiya anlayışından siyasi manipulyasiya vasitəsi kimi istifadə edirlər və onların bu zamana qədərki bəyanatlarında əks olunan subyektiv mülahizələr və ədalətsiz çalarlar demokratik prinsiplərin kobudcasına heçə sayılması, həmçinin ikili standartlar əsasında çıxış etmək deməkdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53

