ATƏT DTİHB növbəti dəfə qərəzli mövqe nümayiş etdirdi
14.04.2018 [10:26]
Ekspertlər hesab edirlər ki, ATƏT DTİHB-nin ölkəmizdəki prezident seçkiləri ilə bağlı açıqladığı qərəzli hesabat əvvəlcədən hazırlanıb
Məlum oduğu kimi, aprelin 11-də ölkəmizdə prezident seçkiləri azad, şəffaf və demokratik qaydada keçirilib. Azərbaycana gəlmiş beynəlxalq müşahidəçilər də seçki prosesinin tam demokratik keçdiyini, hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmadığını vurğulayıblar. Belə ki, həm ayrı-ayrı müşahidəçilər, həm də seçki prosesini işıqlandıran beynəlxalq media nümayəndələri Azərbaycanda seçkilərin şəffaf və ədalətli keçməsi üçün hər cür şəraitin yaradıldığını, yüksək seçici fəallığının seçkilərə böyük marağın olmasından xəbər verdiyini diqqətə çatdırıblar. Seçki məntəqələrində yaradılan şəraitin, xüsusilə veb-kameralar vasitəsilə müşahidə imkanının yaradılmasının isə mütərəqqi təcrübədən xəbər verdiyi bildirilib. Bütün bunlar isə seçkilərin demokratikliyi və şəffaflığı ilə yadda qaldığını, xalqın iradəsini əks etdirdiyini göstərir.
Lakin təəssüf ki, hələ də seçkilərin demokratikliyinə kölgə salmaq istəyən müəyyən dairələr mövcuddur. ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) və AŞPA-nın Azərbaycandakı prezident seçkiləri ilə bağlı qərəzli hesabatı bu sıradan olan nümunədir.
Sözügedən təşkilatların müşahidəçilər missiyalarının bu qeyri-obyektiv hesabatı haqlı olaraq Azərbaycanda kəskin etirazla qarşılanıb. Məsələn Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyan edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabatı ədalətli və obyektiv hesab etmirik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, müşahidə missiyasının nümayəndələri Xarici İşlər Nazirliyində qəbul olunub və məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qəti etirazı onlara çatdırılıb.
Öz növbəsində məsələ ilə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib ki, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti seçkilərə yüksək qiymət verib. Onun sözlərinə görə, yalnız ATƏT DTİHB, qurumun Parlament Assambleyası və AŞPA qərəzli hesabat açıqlayıb. E.İbrahimov qeyd edib ki, ATƏT-ə və AŞPA-ya üzv olan ölkələrdən xeyli sayda müşahidəçilər seçki prosesini izləyib və yüksək qiymət veriblər. Belə olan halda, bu təşkilatların missiyaları necə mənfi fikirdə ola bilərlər? “Hesabatda qeyd olunur ki, seçki yaxşı təşkil olunub, amma siyasi mühitdə problemlər var. Siyasi baxımdan nə problem ola bilər? Bu göstərir ki, hesabat tamamilə qərəzlidir. Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün şərait yaradıldı. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb ki, səsvermənin gedişini dünyanın hər yerindən izləmək mümkündür. Səsverməni izləyən bəzi avropalı müşahidəçilər etiraf edirdilər ki, Azərbaycanın bu təcrübəsi dünya üçün nümunədir”, - deyə E.İbrahimov vurğulayıb.
Millət vəkili deyib ki, xüsusilə ATƏT DTİHB öz ənənəsinə sadiq qalaraq qeyri-obyektiv, qərəzli fikirlər səsləndirib: “ATƏT DTİHB burada Azərbaycan xalqının iradəsindən irəli gələn məsələləri deyil, yalnız öz ampluasında olan düşüncələrini ortaya qoydu. Hesab edirəm ki, bu qurum hansısa dairələrin sifarişi əsasında ölkəmizə qarşı daima qərəzli mövqedən çıxış edib. Ümumiyyətlə, ATƏT DTİHB-nin fəaliyyətində Azərbaycana qarşı ikili standartlardan, qərəzdən başqa bir şey olmayıb. Onların seçki ilə bağlı ilkin rəyləri reallığı əks etdirmir. Bu hesabatlar əvvəlcədən hazırlanıb. Maraqlıdır ki, bu hesabat açıqlanan kimi dərhal erməni saytlarında yerləşdirildi. Hesab edirəm ki, həmin fakt sözügedən hesabatın erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin sifarişi ilə hazırlandığını təsdiqləyir”.
YAP İdarə Heyətinin üzvü onu da qeyd edib ki, həmin hesabat heç bir əhəmiyyət kəsb etmir. Çünki burada əsas məsələ Azərbaycan xalqının siyasi iradəsinin ifadəsidir ki, xalqımız 11 aprel seçkilərində özünün müdrik seçimini etdi.
“Seçkiləri müşahidə edən hər bir təşkilat öz mövqeyini bildirir. Seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib”. Bunu isə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili deyib. T.Mirkişili qeyd edib ki, seçkilərin əsas məqsədi xalqın öz iradəsini əks etdirməsidir ki, ona da Azərbaycanda nail olundu: “Bunu bütün müşahidəçilər də təsdiq etdilər. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir. ATƏT DTİHB bir növ adətkardır. Seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməsinə təsir edə bilməyəcək ayrı-ayrı faktlardan bəhs edirlər. Belə kütləvi tədbirlərin keçirildiyi bütün ölkələrdə ayrı-ayrı faktlar mövcud olduğu halda, müraciət əsasında bunlar araşdırılır. Azərbaycanda da bunun üçün hüquqi normalar mövcuddur”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə bildirib ki, Azərbaycanda hər zaman demokratik prinsiplər qorunur. Onun sözlərinə görə, demokratiyanın əsas göstəricilərindən sayılan seçkilər də ölkəmizdə tam azad, demokratik və şəffaf şəkildə keçirilir. Eyni zamanda, hər dəfə ölkəmizdə seçkilər keçiriləndə seçki prosesində müşahidə missiyası həyata keçirən beynəlxalq təşkilatlara dəvətlər göndərilir, yerli müşahidəçilərlə yanaşı, onların da seçki prosesini yaxından izləməsinə şərait yaradılır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da bu şəraitdən yararlanan beynəlxalq təşkilatlardandır. Builki seçkilərdə də ATƏT DTİHB-nin müşahidə missiyasının prosesi izləməsi, müşahidə etməsi üçün hər bir şərait yaradılıb. Onlarla bərabər digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də seçki prosesini müşahidə edib. Diqqət çəkən odur ki, ATƏT missiyasından başqa, bütün digər xarici müşahidəçilərin seçki prosesi ilə bağlı rəyləri müsbətdir. Seçkidə iştirak edən heç bir namizədin seçki prosesi, səsvermə günü, səslərin hesablanması ilə bağlı narazılıqları yoxdur. Seçki günü 1000 seçki məntəqəsi veb-kameraların müşahidəsi altında olub, hər hansı insident, etiraza səbəb olacaq bir hal baş verməyib, amma ATƏT-in müşahidə missiyası seçki prosesi ilə bağlı mənfi rəy verir. Sual yaranır - nədən? Diqqət yetirsək, hesabatda qeyd olunan qüsurların əksəriyyəti səsvermə günü ilə bağlı deyil. Əsas məqamlar seçkiqabağı dövrlə bağlıdır. Belədirsə, bu qüsurlar missiyanın seçkidən əvvəl açıqladığı aralıq hesabatda əksini tapmalı idi. Amma müqayisə aparsaq, missiyanın aralıq hesabatı ilə seçkidən bir gün sonra açıqladıqları hesabatlarda fərqlər var. Görəsən, missiya bunları aralıq hesabata niyə salmırdı?”
İ.Quliyev qeyd edib ki, bu, ilk növbədə, ATƏT DTİHB-nin öz fəaliyyətini şübhə altına salır, ona bəslənən etimad yox olur: “Necə olur ki, təşkilat Əfqanısatnda keçirilən seçkiləri demokratik hesab edir, Azərbaycandakını yox? Bu qədər olmaz axı? Media azadlığından danışırlar, amma özləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmaqdan yayınırlar, tədbiri yarımçıq tərk edirlər. Ümumilikdə belə qənaətə gəlmək olar ki, missiya Azərbaycana hazır mətnlə, sifarişlə gəlib. Məqsəd nə baş verməsindən asılı olmayaraq, seçkinin demokrtaik keçmədiyini iddia etməkdir. Yəqin, elə bu səbəbdəndir ki, missiyanın tərkibindəki obyektiv müşahidəçilər yekun nəticə elan olunana kimi heyətdən uzaqlaşdırılıblar”.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov da qəzetimizə açıqlamasında bildirib ki, 11 aprel tarixində Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoydu. Onun sözlərinə görə, səsvermə günü də insanlar öz mövqelərini qəti şəkildə ifadə etdilər.
Sözügedən hesabata gəlincə, həmsöhbətimiz qeyd edib ki, digər beynəlxalq müşahidəçilərin müsbət rəylərinin fonunda yalnız bu qurumlar seçkilərlə bağlı qeyri-obyektiv mövqe bildirib, seçkilərdə ciddi neqativ hallar baş vermədiyi halda, bu tipli iddialarla çıxış edib: “Əslində, bu qurumlar qeyri-obyektiv mövqeyi ilə cəmiyyətə çoxdan tanışdır. Çünki ölkəmizdə keçirilən bütün seçkilər zamanı ATƏT obyektivlikdən uzaq mövqe sərgiləyir. Görünən odur ki, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəliblər. Vəziyyət o həddədir ki, DTİHB-nin mövqeyi ilə digər institutlar razılaşmır. Bu mənada ATƏT DTİHB-nin hesabatındakı qərəzli yanaşmalar nə cəmiyyətimizdə, nə də digər beynəlxalq qurumlarda ciddi qarşılanmır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05

