/ / Vüqar Rəhimzadə: ATƏT DTİHB-nin qərəzli hesabatı Azərbaycanın uğurlarını gözü götürməyən bəzi dairələrin sifarişi ilə hazırlanıb
Vüqar Rəhimzadə: ATƏT DTİHB-nin qərəzli hesabatı Azərbaycanın uğurlarını gözü götürməyən bəzi dairələrin sifarişi ilə hazırlanıb
13.04.2018 [09:58]
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının əsas tərkib hissəsi olan vətəndaşların seçki hüququ ən yüksək səviyyədə təmin olunub. Ölkəmizdə keçirilən bütün seçkilərdə biz bunu müşahidə edirik. Bütün texniki imkanlar ən yüksək səviyyədə təmin edilir və insanlar sərbəst, azad şəkildə səs verirlər. Bu mənada aprelin 11-də keçirilmiş prezident seçkiləri ölkəmizin demokratik inkişaf yolunda növbəti uğurudur. Ölkə əhalisinin 74,30 faizinin iştirak etdiyi səsvermədə seçicilərin 86,03 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Prezident seçildi. Bununla da xalq ölkənin parlaq gələcəyinə səs vermiş oldu. Lakin bu uğuru həzm edə bilməyən bəzi dairələr qərəzli yanaşmaları ilə demokratik şəraitdə baş tutan seçkini ləkələməyə cəhd edirlər.
Bu fikirləri AZƏRTAC-a “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, ATƏT və AŞPA müşahidəçilərinin seçki ilə bağlı qərəzli hesabatları ölkəmizin uğurlarını gözü götürməyən bəzi dairələrin sifarişi əsasında hazırlanıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı hazırladıqları hesabat ədalətsiz və qeyri-obyektivdir. Bu, onların ucuz və köhnə taktikasıdır. Bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq edir və öz qaranlıq maraqlarını həyata keçirməyə çalışırlar. Ölkəmiz müstəqillik tarixində zaman-zaman bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. Hesab edirəm ki, bu cür hesabatlar ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda, dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ATƏT və AŞPA-nın nümayəndələri ilə yanaşı, seçkiləri izləmək üçün ölkəmizə bir çox xarici dövlətlərin, həmçinin beynəlxalq təşkilatların müşahidəçiləri də gəlmişdilər. Onlar ölkə üzrə bir çox seçki məntəqələrində oldular və səsvermə prosesini canlı olaraq izlədilər. Bundan sonra sözügedən müşahidəçilərin hesabatlarında, eyni zamanda, nüfuzlu xarici KİV-lərdə səsvermənin demokratik, şəffaf şəkildə keçirilməsi ilə bağlı kifayət qədər müsbət, obyektiv fikirlər səsləndirildi. Təəssüf ki, ATƏT və AŞPA müşahidəçiləri yenə də bu uğurlara qara eynəkdən baxdılar, seçkilərin nəticələri ilə bağlı qərəzli fikirlər səsləndirdilər. Bu hesabatlar seçkidən əvvəl hazırlanıb və qeyri-obyektivlikdən başqa bir şeyi əks etdirmir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

