Andrey Xazin: Müstəqil Azərbaycan dövləti inamla irəliləyir
25.09.2009 [11:04]
Onun sözlərinə görə hazırda Azərbaycanda baş verənlər çox maraqlıdır və o əmindir ki, ölkələrimizin bir-biri ilə dostluq və əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Senator xüsusi vurğulamışdır ki, uzun illərdən bəri davam edən Qarabağ münaqişəsinin tərəfləri qane edən həllinin tapılacağına Rusiyada ciddi ümid bəsləyirlər. RF parlamentinin üzvü bildirib: “Mənə belə gəlir ki, bu məsələ yaxın gələcəkdə həllini tapacaqdır. Azərbaycanın bu cür inamlı irəliləyişinin konkret bəhrəsi yaxın vaxtda görünəcəkdir. Azərbaycanın ciddi iqtisadi və mədəni inkişaf perspektivləri vardır. Mədəni və işgüzar əlaqələrə gəldikdə isə, bizim çox böyük potensialımız var və onun sayəsində biz daha da irəliləyə bilərik”.
Andrey Xazin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən yeni tarixdə çox böyük rol oynadığını da göstərib: “Şübhəsiz, Heydər Əliyev istər İttifaq səviyyəsində, istərsə də öz dövləti çərçivəsində görkəmli sima idi. Sözsüz ki, Heydər Əliyev XX əsrdə dünyanın ən görkəmli siyasi xadimlərinin onluğuna daxildir. O, həm bütövlükdə İttifaq dövləti çərçivəsində, həm də SSRİ dağılandan sonra öz milli dövləti çərçivəsində bütün imkanlarını tamamilə gerçəkləşdirib. Təsadüfi deyil ki, Heydər Əliyev Rusiya Federasiyasının yeni təsis edilmiş ən yüksək ordeni - Müqəddəs Andrey Pervozvannı ordeni ilə ilk təltif edilənlərdən biri idi”.
Qeyd etmək lazımdır ki, Andrey Xazin ölkəmizin dostları sırasına daxildir və Azərbaycanla Dostluq Cəmiyyəti Regionlararası İctimai Təşkilatının işinə qoşulub. Azərbaycana rəğbət hissini ona aşılayan atası və çoxsaylı bakılı dostları olub. A.Xazin deyib: “Bütün Sovet İttifaqını gəzib-dolaşmış atam Bakının çox gözəl, qəşəng, hay-küylü və beynəlmiləl şəhər olması barədə mənə danışardı. Ona görə də mənim üçün Azərbaycan həmişə atamın mənə uşaq vaxtı danışdıqları ilə assosiasiya doğurur. Sonralar mən Bakıda doğulmuş, orada boya-başa çatmış çoxlu insanlarla tanış oldum. Mənim bakılı dostlarım çoxdur, sonra Azərbaycanın başqa regionlarından olan insanlarla da dostlaşdım, Azərbaycan tarixinə aid kitablar oxumağa başladım. Son vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid çoxlu maraqlı kitablar çıxır. Qısa müddət mövcud olmasına baxmayaraq AXC ölkə tarixinin parlaq dövrü olmuşdur. Azərbaycanın maraqlı və zəngin mədəniyyəti var, o, iqtisadiyyat tarixində maraqlı yer tutur. İlk növbədə, neft hasilatı ilə əlaqədar ciddi texnoloji istehsalatlar ilk dəfə imperiya ərazisinin məhz həmin hissəsində inkişaf etmişdir. Bakı mədənlərinin, Nobellər ailəsinin böyük tarixi vardır. Sözün qısası, mənim üçün ilk növbədə bu ölkənin tarixi və mədəniyyəti ilə bağlı məqamlar çoxdur, sonra isə həmin məqamlara mənim tanış olduğum konkret insanlar da əlavə olmuşdur. Bütün bunlar nəticə etibarilə mənim bütövlükdə bu ölkəyə marağıma və Azərbaycanla Dostluq Cəmiyyətinin işində iştirak etməyimə səbəb olmuşdur”.
Andrey Xazin ölkəmizlə dostluq üzrə ictimai təşkilat çərçivəsində yaxın perspektiv planlardan söhbət açaraq bildirib ki, əməkdaşlığın inkişaf etdiriləcəyi istiqamətlər çoxdur. O, deyib: “Gələn il Böyük Vətən müharibəsində qələbənin 65 illiyi geniş qeyd ediləcəkdir. Əlbəttə, bu hadisə keçmiş Sovet İttifaqı respublikalarının hamısını birləşdirən bir xatirədir. Müharibə cəbhələrində vuruşan azərbaycanlılar çox olmuşdur və bunu yada salmamaq olmaz. Bakıya külli miqdarda insan təxliyyə edilmişdi. Mən müharibədən sonra da orada yaşayan xeyli insan tanıyıram. Dostlarımın çoxunun valideynləri müharibədən sonrakı dövrdə, keçən əsrin 60-cı illərində ya Xəzər Hərbi Donanmasında, ya da Azərbaycanda yerləşdirilmiş başqa hərbi hissələrdə xidmət etmişlər. Bizim yadımızdadır ki, əfsanəvi Rokossovski Zaqafqaziya Hərbi Dairəsinin komandanı vəzifəsinə təyin edilmişdi, onunla bərabər oraya gəlmiş bir neçə məşhur generalın uşaqları ilə tanışam. Bir sözlə, həm bizim tariximizlə, həm də qarşılıqlı münasibətlərin indiki inkişafı ilə əlaqədar mədəni hadisələr çoxdur”. A.Xazin onu da bildirib ki, Rusiya beş il bundan əvvəl antihutler koalisiyası ölkələrinin paytaxtlarında keçirilmiş Qələbə mədəni marafonu keçirməyi nəzərdə tutur. Federasiya Şurasının üzvü, professor Andrey Xazin sonda deyib: “2010-cu ildə MDB ölkələrində bu cür marafon keçirilməsi nəzərdə tutulur və mən çox ümid edirəm ki, bu tədbir Bakıda da keçiriləcəkdir. Zənnimcə, bu, bizim dostluq əlaqələrimizin möhkəmlənməsinə daha bir mühüm töhfə olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

