Türkiyə tarixi qərarını oktyabrın 10-11-də verəcək
25.09.2009 [11:01]
Azərbaycan və Türkiyə tarixən dərin dostluq əlaqələri və strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğu iki qardaş ölkədir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və dar günlərdə davam edən daimi xarakter daşıyır. Türkiyə və Azərbaycan əlaqələri regionun inkişafı və əməkdaşlığa nail olunması baxımından böyük məna və əhəmiyyət kəsb edir.
Azərbaycan və Türkiyə qardaşlığı regional və qlobal sülhə əhəmiyyətli töhfədir
Türkiyə və Azərbaycan regional və qlobal sülh və sabitliyə əhəmiyyətli töhfə verməkdədir. İki ölkə regional sülh və sabitliyi möhkəmləndirmək məqsədilə çoxşaxəli və uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirmək qətiyyətlərini ifadə edirlər. Bu əməkdaşlıq bir tərəfdən ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, digər tərəfdən regionun sabitliyi, təhlükəsizliyi və rifahına töhfə vermək imkanlarının inkişafı üçün təməl təşkil edəcək.
Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar edilməsinə əngəl törədən əsas amillərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı əsasında təxirə salınmadan tənzimlənməsi zəruridir.
Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi qəbuledilməzdir. Azərbaycan və Türkiyənin regionla bağlı birgə yanaşması çərçivəsində Cənubi Qafqazda bütün regionu əhatə edən etimad, hörmət və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əlaqələrin qurulması və beləliklə, regionda sülhün, sabitliyin və rifahın təmin edilməsi Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan əraziləri işğaldan azad edilmədən və yurd-yuvalarından qovulmuş insanlar həmin ərazilərə geriyə qayıtmadan mümkün olmayacaq. Bütün regionun inkişafının yaşamına təsir edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün Azərbaycan və Türkiyə məsləhətləşmələr apararaq fəaliyyət göstərməkdə səylərini artıracaqlar və bu münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində siyasi yolla nizamlanması üçün səy göstərməyə davam edəcəklər.
Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı regional sülh və sabitliyin bərqərar edilməsi, region xalqlarının rifahı üçün ikitərəfli və çoxtərəfli səviyyədə iqtisadi əməkdaşlığa töhfə verəcək. Şərq-Qərb Enerji Dəhlizinin strateji önəmi və bu dəhlizin region ölkələrinin davamlı iqtisadi inkişafına töhfəsi baxımından, Azərbaycan ilə Türkiyənin Avropa enerji təhlükəsizliyinin təmin edilməsində və Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa enerji tələbatının ödənilməsində rolu artmaqdadır.
Lakin son bir ildə müşahidə etdiklərimiz, yaşananlar həm ölkəmizdə, həm də qardaş Türkiyədə narahatçılıqla qarşılanır. Daha dəqiq desək, Ermənistanla Türkiyə arasında sərhədlərin açılacağına dair aparılan danışıqlar iki qardaş ölkənin gündəminə heç də xoş olmayan mövzular əlavə edib.
Proseslərin başlandığı nöqtə...
Türkiyə ilə Ermənistan arasında ilkin təmaslara hələ ötən ilin sentyabrında siyasi kluarlarda “futbol diplomatiyası” adlanan proseslə start verilib. Həmin tarixdə Ermənistana səfər edən Türkiyənin prezidenti Abdullah Gülün erməni həmkarı Serj Sərkisyanla keçirdiyi görüşlər və bu görüşlər nəticəsində ifadə olunan xoş ab-havalı bəyanatlar tarixi düşmənlərin barış trayektoriyasını müəyyənləşdirirdi. Lakin münasibətlərin normallaşması istiqamətində ən konkret addım bu ilin aprelində ABŞ prezidenti Barpak Obamanın Türkiyəyə səfərindən dərhal sonra Brüsseldə atıldı. Belçika paytaxtında türk və erməni diplomatlarının qapalı və gizli görüşündən sonra, ictimaiyyətə açıqlanmasa da, tərəflər arasında danışıqlar yolunun açıldığı hamıya bəllidir. Lakin o zaman böyük ictimai narazılığı nəzərə alan Ankara təmsilçiləri bu prosesi rəsmi olaraq açıqlamasa da cəmiyyətə sızdırılan 3-4 xəbər də etiraz dalğasını Türkiyə və Azərbaycana yaymağa kifayət etdi.
İmzalanacaq sənəddə nə var?
Bu sənəddə Türkiyə ilə Ermənistanın diplomatik əlaqələr qurmaq istəkləri ifadə olunub. Bunun üçün təşkil olunacaq komissiya 6 həftə intensiv çalışacaq. Oktyabrın 14-nə qədər konkret bir qənaətə gəlinməlidir. Hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açılmalıdır. İqtisadi əməkdaşlıq bərpa olunmalıdır və s. Suallar doğuran məqamlar “erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsidir. Türkiyə tərəfinin dediyinə görə, hər iki ölkənin hökuməti tarixçilərdən ibarət komissiya yaradıb o məsələni müzakirə edəcək.
Ermənistanın prezidenti Serj Sərkisyanın dediyinə görə isə, söhbət hökumətin alt səviyyəsindəki mütəxəssislərdən ibarət komissiyadan gedir.
Dağlıq Qarabağ məsələsində Türkiyə tərəfi Baş nazir və xarici işlər nazirinin dili ilə Azərbaycanın maraqları təmin olunmasa, imzalanan sənədin etibarlı olmayacağını bildirir. Xarici işlər naziri Əhməd Davudoğlu sazişdən öncə ABŞ, Rusiya və Fransanın yüksək rəsmi şəxsləri ilə telefon danışıqları olduğunu deyib. Bu danışıqlarda Dağlıq Qarabağ məsələsinin həllindən sonra Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi birmənalı vurğulanıb. Türkiyə XİN-in rəhbəri hər üç ölkənin xarici işlər nazirlərinin bu məsələdə razılığının alınmasından sonra sənədi imzaladıqlarını bildirib. Və sənədin parlamentdə təsdiq olunmasa, qüvvəyə minməyəcəyini şərt kimi qoyublar.
Türkiyənin Baş naziri dedi ki...
Azərbaycanın bu proseslərdən duyduğu narahatçılığı ən yüksək səviyyədə bəyan etməsindən dərhal sonra ölkəmizə səfər edən qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı gündəmində dilə gətirdiyi ilk məsələ də məhz Ermənistanla sərhədlər məsələsi idi. ölkəmizdəki hər çıxışında Azərbaycan ictimaiyyətinin həssaslığını və narahatçılığını başa düşdüyünü deyən Baş nazir hətta tutduğu postun verdiyi səlahiyyətləri də xatırlatmaqla cəmiyyətimizi sərhədlərin açılmayacağına inandırmağa çalışdı: “İsrarla üzərində dayandığım məsələ budur - bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!”
Bəs, proseslərin gedişatı nə deyir?
Təbii ki, biz də cənab Baş nazirin sözlərinə inanıb başqa zəmanət axtarmaq ehtiyacı hiss etmədik. Lakin bir neçə gün öncə İsveçrənin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra tərəflər arasında paraflanmış sənədlərin imzalanacağı tarixin belə açıqlanması növbəti böyük sualı ortaya çıxardı. Hazırda Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün imzalanmış sənədlər parlamentə təqdim olunmağa hazırlanır, ayrı-ayrı görüşlər keçirilir. Doğrudur, bu müddət ərzində Azərbaycana mütəmadi olaraq məlumat verilib. Hətta avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı R.T.Ərdoğan Azərbaycanda verdiyi bəyanatların qüvvədə qaldığını, aparılan müzakirələrin və paraflanmış sənədlərin ciddi əhəmiyyət kəsb etmədiyini, onların parlamentdən keçmək ehtimalının olmadığını bildirdi. Eyni zamanda, Baş nazirin təlimatı əsasında Türkiyə Xarici İşlər Nazirliyi aparatının rəhbəri Firudin Sinirlioğlu və onun müavini ünal çeviköz avqustun 29-da Bakıya səfərləri və Azərbaycan Prezidenti ilə görüşləri zamanı Türkiyənin məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bəyan etdilər.
Yeri gəlmişkən, ABŞ-da səfərdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğanın gündəmində yenə də Ermənistanla münasibətlərin gələcək taleyi olub. Nyu-York şəhərində Prinseton Universitetində çıxışı zamanı “erməni açılımı” məsələsinə də toxunan Baş nazir Ərdoğan qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin mülayimləşməsini nəzərdə tutan protokollar iki ölkənin futbol üzrə milli komandalarının qarşılaşacağı 14 oktyabrdan əvvəl TBMM-də müzakirəyə çıxarılacaq: “Türkiyə ilə Ermənistan arasındakı bu addımlar İsveçrənin də vasitəçiliyi ilə çox önəmli bir nöqtəyə gəlib. Burada daxili siyasəti düşünülərək addımlar atılmasa, paraflanmış anlaşma parlamentdə müzakirəyə çıxarılacaq. Oktyabrın 10-11-də sənədin TBMM-də müzakirəyə çıxarılacağına ümid edirəm”.
Baş nazir, həmçinin, bir daha bəyan edib ki, Türkiyə Ermənistanla danışıqları Dağlıq Qarabağ danışıqlarına paralel şəkildə aparır.
Əlbəttə ki, bu proseslər Azərbaycan ictimaiyyətini çox narahat edir. Lakin Azərbaycan cəmiyyəti əmindir ki, tarixin bütün sınaqlarından uğurla çıxmış bu dostluq və qardaşlıq münasibətləri növbəti əngəllərdən də üzüağ çıxacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
