“Sivil dialoq” beynəlxalq müşahidə missiyası seçkilərlə bağlı bəyanat yayıb
12.04.2018 [09:37]
“Sivil dialoq” beynəlxalq müşahidə missiyasının birinci qrupu Azərbaycanda prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.
“Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə əlaqədar bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da inkişaf etməsini arzu edirəm”.
İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib. O, seçki prosesinin mükəmməl təşkil olunduğunu vurğulayıb.
Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib. O deyib: “Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. Məhz “Bakı Prosesi” İslam və Qərb dünyasının bir-birini daha yaxşı anlaması baxımından böyük rola malikdir. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək. Çünki ölkəni dünya standartlarına uyğun formada idarə edir. Azərbaycan xalqına uğurlar arzu edirəm”.
Argentina parlamentinin üzvü, Cənubi Amerika Parlamentlərarası Birliyinin vitse-prezidenti Daniel Ramundo Azərbaycanın açıq ölkə olduğunu deyib. Demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmasına doğru atılan bir addımdır.
“Sivil dialoq” beynəlxalq müşahidə missiyasının ikinci qrupu da seçkilərlə bağlı bəyanat yayıb.
Bolqarıstan parlamentinin üzvü, Sosialist Partiyasının təmsilçisi Penço Milkov bildirib ki, Azərbaycanda prezident seçkilərini böyük məmnuniyyətlə izləyib. Seçki prosesi qanunauyğun şəkildə keçdi, bütün qaydalara riayət olundu.
Polşa parlamentinin üzvü Yerji Pişisla deyib ki, Azərbaycandakı seçkiləri Avropa ölkələrindəki seçkilərlə müqayisə etsək, burada bütün prosesin daha sakit formada keçdiyini deyə bilərik.
Almaniya Bundestaqının üzvü Stefan Kuiter Azərbaycanda seçkilərin azad şəkildə, demokratik prinsiplərə uyğun keçirildiyini bildirib.
Yunanıstan parlamentinin üzvü İoannis Kefalogiannis də seçkilərin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

