Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın xarici işlər naziri Qoşulmama Hərəkatının nazirlər konfransı çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Qoşulmama Hərəkatının nazirlər konfransı çərçivəsində bir sıra görüşlər keçirib

07.04.2018 [10:04]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən konfransı çərçivəsində Qabon Respublikasının xarici işlər naziri Noel Nelson Messone, Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Çerif, Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho, Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat, Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Bakı konfransında müzakirə olunan aktual mövzular, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə ediblər.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30