Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir

Prezident İlham Əliyev: Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir

04.04.2018 [10:07]

Ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib
Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Həyata keçirilən davamlı islahatlar sayəsində ölkəmizdə bütün sahələrin paralel inkişafı təmin edilib. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur.
Azərbaycanda idmanın inkişafı diqqət mərkəzindədir
İdmanın inkişaf etdirilməsi də mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir.
Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb.
Nəticə etibarilə, həyata keçirilən səmərəli, məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər Azərbaycanı güclü idman dövlətinə çevirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir: “Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir”.
Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır
Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarından başlayan zəfər yolu 2000-ci ildə Sidneydə iki qızıl, bir bürünc, 2004-cü ildə Afinada bir qızıl, dörd bürünc, 2008-ci ildə Pekində bir qızıl, iki gümüş və dörd bürünc medalın qazanılması ilə müşayiət olunub. 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarında isə rekord nəticə göstərərək tarixi nailiyyətə imza atan Azərbaycan dünyanın bu mötəbər idman yarışmasından Vətənə iki qızıl, iki gümüş və altı bürünc medalla qayıdıb. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycanın komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir. İlk Avropa Oyunlarında isə yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə, 56 medal qazanmaqla komanda olaraq ikinci yerin sahibi olub. Sonuncu Rio Yay Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü yerə yüksəlib. IV İslam Həmrəyliyi Oyunlarında isə idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olublar. Bütün bunlar Azərbaycanda idmana dövlət qayğısının müsbət nəticələrini və idmanın inkişaf səviyyəsini əyani göstərir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır”.
Ölkəmizin mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi ənənə halını alıb
Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Azərbaycan 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirdi. 2016-cı ildə respublikamız “Formula-1” yarışlarına və beynəlxalq şahmat olimpiadasına ev sahibliyi etdi. Böyük tamaşaçı auditoriyası 2017-ci ilin birinci yarısında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” qran-prisinin həyəcanını yaşadı. 2020-ci ildə isə paytaxt Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, ölkəmiz Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropanın mötəbər idman mərkəzlərindən birinə çevrilib.
Onu da qeyd etmək lazımdır ki, son illərdə ölkəmizin idman sahəsində də beynəlxalq əlaqələri genişlənib və möhkəmlənib. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda, demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir”.
O da qeyd edilməlidir ki, Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu.
Azərbaycanın idman sahəsində beynəlxalq əlaqələrinin genişlənməsində, ölkəmizin nüfuzlu, mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsində Prezident İlham Əliyevin bu sahəyə qayğısı ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətini də xüsusilə vurğulamaq lazımdır. Bu kontekstdə Azərbaycan və dünya ictimaiyyəti ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi bütün təşkilati məsələləri nümunəvi şəkildə həll etdi. Bunun da sayəsində bəhs edilən mötəbər beynəlxalq idman yarışları ən yüksək səviyyədə keçirildi, bütün dünyada böyük tamaşaçı marağına səbəb oldu.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30