Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misirin “Asiaelyoum” agentliyi və “Alomah” portalı 31 mart soyqırımı ilə bağlı Qubada keçirilmiş yürüş və konfrans barədə məqalə yayıb

Misirin “Asiaelyoum” agentliyi və “Alomah” portalı 31 mart soyqırımı ilə bağlı Qubada keçirilmiş yürüş və konfrans barədə məqalə yayıb

03.04.2018 [10:17]

Misirin “Asiaelyoum” informasiya agentliyi və “Alomah” portalı AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyi ilə bağlı məqaləsini yayıb.
Məqalədə 100 il əvvəl erməni daşnakları və onların havadarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktından geniş söhbət açılır. Qeyd edilir ki, 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və digər şəhər və kəndlərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində on minlərlə dinc sakin milli və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu soyqırımı Azərbaycan xalqına qarşı etnik təmizləmə planının tərkib hissəsi olub.
Oxuculara azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar martın 31-də Qubada Soyqırımı Memorial Kompleksinə təşkil edilmiş yürüş barədə məlumat verilir. Qeyd edilir ki, yürüş iştirakçıları 1918-ci ildə Azərbaycanda törədilmiş qətliama siyasi-hüquqi qiymət verilməsini tələb edən şüarlarla çıxış ediblər.
Məqalədə 1918-ci il azərbaycanlıların soyqırımı ilə bağlı Qubada keçirilmiş respublika elmi konfransından da bəhs olunur, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun tədbirdəki çıxışından fikirlərə geniş yer verilir. Prezidentin köməkçisinə istinadla bildirilir ki, tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da, həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmayıb. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı. Əli Həsənovun dünyanın mütərəqqi qüvvələrini, ictimai, siyasi, elm və mədəniyyət xadimlərini soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizəyə çağırdığı diqqətə çatdırılır.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30