Vaşinqtonun qərarı NATO-nun geri çəkilməsi kimi qəbul edilməməlidir
18.09.2009 [10:51]
ABŞ Polşa və çexiya ərazisində Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin elementlərini yerləşdirmək planından imtina edib. ABŞ prezidenti Barak Obama çexiyanın Baş naziri Yan Fişerə telefon açaraq ölkəsinin Şərqi Avropada RƏM sistemi yerləşdirmək niyyətindən döndüyünü bildirib. Bu barədə beynəlxalq informasiya agentlikləri diplomatik mənbələrə istinadən məlumat yayıblar. Baş nazirin mətbuat katibi Barak Obama ilə Yan Fişer arasında telefon danışığının olduğunu təsdiqləyib, lakin söhbətin məzmununu açıqlamayıb. Onun sözlərinə görə, Baş nazir söhbətin gedişi barədə artıq çexiya prezidentini məlumatlandırıb.
Şübhəsiz ki, Vaşinqtonun bu qərarı müxtəlif istiqamətlərdə şərh olunur. Bəzi siyasi ekspertlər bu qərarı ABŞ-ın, o cümlədən, NATO-nun Şərqi Avropa üzrə planlarından geri çəkilməsi kimi dəyərləndirdiyi halda, digər bir qrup burada başqa mətləblərin gizli olduğunu vurğulayır. Politoloq Vəfa Quluzadə isə hesab edir ki, Vaşinqtonun bu qərarı prezident Barak Obamanın bir müddət əvvəl Rusiyaya reallaşmış səfəri çərçivəsində əldə edilmiş razılıqların icra olunduğunu göstərir: “Düşünürəm ki, ABŞ vaxtilə RƏM sisteminin quraşdırılması iddiasını ortaya atanda da, məhz elə bunu planlaşdırırdı ki, Rusiyadan müxtəlif güzəştlərə nail olsun. Və bu gün görünür ki, Vaşinqton Moskvadan istədiyi güzəştləri alıb. Belə ki, Barak Obamanın Rusiyaya səfəri zamanı bir çox məsələlərdə razılığa gəlinmişdi. Birinci məsələ Moskvanın ABŞ-a Rusiya ərazisindən keçməklə Əfqanıstana silah-sursat, hərbi yük daşımasına, Birləşmiş Ştatların hərbi təyyarələrinin Rusiya ərazisinə eniş etməsinə icazə verməsi ilə bağlıdır. Bu, Kreml rəhbərliyinin çox böyük güzəştidir. Nəzərə alsaq ki, ABŞ Rusiyanı hələ də öz düşmənləri sırasında görür, onda Moskvanın bu güzəştinin nə demək olduğunu daha aydın təsəvvür edə bilərik. Bundan başqa, hiss olunur ki, İran məsələsində də ABŞ-la Rusiya müəyyən razılığa gəliblər. Mən həmişə Rusiyanın İranı qurban verəcəyini düşünmüşəm. İndi isə artıq bunun şahidi oluram. Rusiya ABŞ-a təminat verib ki, onunla İran əleyhinə əməkdaşlıq edəcək. Eyni zamanda, əgər İrana hücum olsa, Rusiya özünü sakit aparacaq. İndi Vaşinqtonun Şərqi Avropada RƏM sisteminin quraşdırılması ideyasından geri çəkilməsi ilə Rusiyanın güzəştlərini müqayisə etsək, onda görərik ki, ikinci tərəfin itkiləri daha böyükdür”.
Bunula yanaşı, Vəfa Quluzadə düşünür ki, Moskvanın güzəştlərinə qarşı ABŞ-ın ən böyük güzəşti heç də RƏM sistemləri ilə bağlı deyil: “Mən hesab etmirəm ki, ABŞ bu planlarından geri çəkilməsəydi belə, həmin RƏM sisteminin Rusiyaya böyük təhlükəsi var idi. Ona görə də, ABŞ-ın əsas güzəşti neft məsələsindədir. Siz fikir verirsinizsə, neftin qiyməti son dövrlərdə stabilləşdi. Heç kəsə sirr deyil ki, ABŞ-ın neftin qiymətlərinə təsiri böyükdür. OPEK-də ABŞ böyük rol oynayır. Təsadüfi deyil ki, OPEK-də təmsil olunan bütün dövlətlər ABŞ yönümlüdür. Eyni zamanda, ABŞ-dakı neft xəzinəsinin vəziyyəti dünyada neftin qiymətinə təsir edir. Əgər ABŞ-ın neft xəzinəsində neft çoxdursa deməli qiymətlər aşağı düşür, azdırsa, qiymətlər qalxır. Bunu heç kim gedib yoxlamır. Yalnız amerikalı ekspetlər öz aralarında məsləhətləşəndən sonra dünyaya bəyan edirlər ki, ABŞ-da neft ehtiyatları yüksəkdir. Ona görə də, neftin qiyməti aşağı düşür. Rusiya bunu çox gözəl bilir, amma təsir etmək iqtidarında deyil. ABŞ istəsə neftin qiymətini qısa müddətdə 20 dollara salar və Rusiya dövlətini çökdürər. Amma Vaşinqtona bu lazım deyil. ABŞ Rusiyanın köməyi ilə özünün düşmənləri ilə haqq-hesab çəkməyə hazırlaşır. Rusiya da buna razılıq verib. Ona görə də, raket-radar sistemlərinə hələlik ehtiyac yoxdur”.
Politoloq bu qərarın NATO-nun geri çəkilməsi kimi yorumlanmasına isə qarşı çıxır. Onun sözlərinə görə, deyilənlərin əksinə olaraq, NATO genişlənməkdə davam edəcək: “Bu günə qədər ABŞ-ın köməyi ilə bütün Şərqi Avropa ölkələri NATO-nun üzvü olublar. Bu prosesin bundan sonra da davam edəcəyinə şübhə etmirəm. çünki bu gün NATO-nun qarşısını ala biləcək real güc yoxdur. Rusiyanın bu prosesin qarşısını almağa gücü çatmaz. Rusiya Cənubi Qafqazı, Baltikyanı ölkələri, Gürcüstanı və Ukraynanı itirib, bunları geri qaytarmaq imkanı isə yoxdur”.
AQŞİN
Xəbər lenti
Hamısına baxElm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50

