Xalq öz Prezidentinə inanır!
27.03.2018 [10:19]
2003-cü ildə prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan cənab İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daima yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və yüksək iqtisadi inkişafla yadda qalıb. Prezident İlham Əliyev seçkiqabağı platformalarının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri tam şəkildə ardıcıl olaraq yerinə yetirib.
Azərbaycanın hərtərəfli və dinamik inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisinə nail olmaq, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli, diaspor və lobbiçilik fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və genişmiqyaslı strateji xəttin prioritet istiqamətləridir.
Ötən 15 il xalqın öz inamında yanılmadığını, bu tarixi seçimin Azərbaycanın taleyində nə qədər böyük rol oynadığını əyani şəkildə təsdiqlədi. Prezidentliyinin ilk günlərindən Özünü peşəkar siyasətçi kimi təsdiqləyən cənab İlham Əliyevin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər Onun Azərbaycan siyasi arenası üçün son dərəcə uğurlu dövlət başçısı olduğunu sübut etdi. O, Öz siyasi simasında Qərb standartlarının, aristokratik siyasi rəftarın, rasional düşüncə tərzinin, praqmatizmin milli mentalitetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış ansamblını yaratmağa nail olub.
Bu gün Azərbaycan siyasətində proseslər elə bir dinamik və açıq müstəvidə cərəyan edir ki, insanların seçim və müqayisə etmək üçün kifayət qədər şansları vardır. Sözsüz ki, Öz prinsiplərinə sadiqlik və intellektual imkanları baxımından Prezident İlham Əliyev heç bir siyasətçiyə bənzəmir. O, Qərb standartlarını Öz şəxsi simasında təcəssüm etdirən müasir siyasətçilər sırasında Özünə layiqli yer tutmuşdur.
Son 15 il ərzində Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilib.
Ulu öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, Onun Sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə qlobal konsepsiya işlənib hazırlanmış, konkret Dövlət proqramları qəbul olunmuşdur.
Dövlətimizin başçısı neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Son 15 il ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkə iqtisadiyyatının inkişafına 231 milyard dollar investisiya qoyulmuşdur və iqtisadiyyatımız 3,2 dəfə artmışdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bütün bölgələrin, hətta ən ucqar kəndlərin belə tərəqqisi, müasir infrastrukturun formalaşması ilə nəticələnib. 15 il ərzində 1 milyon 900 mindən çox yeni iş yeri açılmışdır ki, onlardan 1milyon 400 mini daimi iş yeridir. Yoxsulluq səviyyəsi 45%-dən 5%-ə düşmüş, işsizliyin səviyyəsi 50%-dən 5,4 faizə enmişdir.
Bu müddət ərzində 3100 məktəb tikilib və ya əsaslı təmir edilib, 642 xəstəxana və 43 müasir idman kompleksi, 12,3 min kilometr uzunluğunda müasir yollar, 443 körpü və ya yol qovşağı, 30 elektrik stansiyası tikilib xalqın istifadəsinə verilib. Respublikada qazlaşma 51%-dən 93%-ə, əhalinin içməli su ilə təchiz olunması 26%-dən 67% -ə çatdırılıb.
Sahibkarlığın inkişafına güclü dövlət dəstəyi sayəsində Azərbaycanda yerli iş adamlarının fəaliyyəti son illər genişlənib. Hazırda onlara güzəştli kreditlərin verilməsi ilə yanaşı, sahibkarlara texniki yardımların göstərilməsi, “bir pəncərə” sisteminin tətbiqi və digər vacib məsələlər ölkədə bizneslə məşğul olmaq üçün gözəl şərait yaradıb. Son 15 ildə özəl sektora maliyyə yardımı dəfələrlə artırılıb. Dövlətimiz iqtisadiyyatı hökumətin hansısa iqtisadi layihəyə birbaşa müdaxiləsi yolu ilə deyil, lazımi infrastrukturun və özəl sektorun sərmayəsi hesabına maliyyə mənbələrinin yaradılması vasitəsi ilə stimullaşdırır. Prezident İlham Əliyevin təbirincə desək, “əgər biz qarşıya böyük vəzifələr qoyuruqsa, yoxsulluqla mübarizə aparmaq, yeni iş yerlərinin açılmasına nail olmaq istəyiriksə, mütləq və mütləq dövlətlə özəl sektor çiyin-çiyinə işləməli, fəaliyyət göstərməli, bir-birinə kömək etməlidir”.
2017-ci ildə iqtisadiyyatın qeyri-neft sektoru 2,5 faiz, sənayedə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artmışdır. 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Görülən işlərin nəticəsində 2017-ci ildə ölkəmizin ixracı 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır.
Son illər, xüsusən də 2017-ci ilin yekunları tam qətiyyətlə deməyə əsas verir ki, qazanılmış möhtəşəm nailiyyətlər möhkəm təmələ və iqtisadi potensiala söykənir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada qabaqcıl mövqeyə yüksəlməsinə səbəb olub. İstər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə qarşıda duran bütün vəzifələr öz həllini tapır. İldən-ilə iqtisadi potensialın artımına nail olmaq, onu yüksək səviyyədə saxlamaq çox böyük fədakarlıq tələb edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu inkişaf bizim üçün çox böyük imkanlar açıb. Azərbaycan xalqı bu gözəl imkanlardan artıq bəhrələnir.
Son 15 ildə ölkədə orta hesabla maaşlar 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artmışdır. Bu müddət ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilərək, 265 min məcburi köçkün hər cür şəraiti və lazımi avadanlığı olan evlərlə, mənzillərlə təmin olunmuşdur.
Hazırda valyuta ehtiyatlarımız 42 milyard dollar səviyyəsinə çatıb. Bu imkanlardan, ilk növbədə, ölkəmizin hərtərəfli inkişafı üçün, sənaye potensialının möhkəmləndirilməsi, infrastruktur və layihələrin icra edilməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün istifadə olunur. Göründüyü kimi, dövlətimizin başçısının verdiyi sözlər, qəbul edilmiş qərar və proqramlar real həyatda öz əksini tapır.
Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin işə düşməsi Azərbaycanın həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsi sayılmalıdır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim mövqelərimiz daha da möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqlarına sülh, əmin-amanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanın nəinki regionda, eləcə də dünyadakı siyasi nüfuzunu, iqtisadi qüdrətini daha da artırır. Bütün kənar təzyiqlərə baxmayaraq, Azərbaycan bu layihənin həyata vəsiqə almasına nail oldu və bununla da regionu yalnız enerji layihələri ilə deyil, həmçinin nəhəng nəqliyyat infrastrukturu ilə də birləşdirdi. Beləliklə, Azərbaycan Avropa və Asiya üçün həm enerji, həm də əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilir.
Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də bütün region üçün bir nümunə, model sayıla bilər. Ölkəmiz siyasi və iqtisadi güc mərkəzi kimi hətta regional çərçivədən kənara çıxmağa başlayıb. Azərbaycan müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, Qərbə - Avroatlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.
2011-ci ilin oktyabr ayında Azərbaycanın 155 ölkənin səsini qazanaraq dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və ölkə Prezidenti İlham Əliyevin bu mötəbər təşkilatın kürsüsündən iclasa Sədrlik etməsi müstəqillik tariximizin yaddaqalan qürurverici məqamıdır. 2013-cü ildə ilk “Azərspace - 1”, 2015-ci ildə “Azərspace - 2” süni peyklərimizin kosmosa çıxarılması, 2015-ci ilin iyun ayında I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada etibarlı tərəfdaş ölkələri sırasına daxil olmasının bariz nümunəsidir.
Prezident İlham Əliyev üçrəngli bayrağımızın bütün beynəlxalq tədbirlərdə və idman yarışlarında yüksəklikdə dalğalanmasını təmin etməklə yanaşı, Bakı şəhərinin ən gözəl guşəsi olan mavi Xəzərin sahillərində dünyanın ən yüksək bayraq dirəyi olmaqla çox müasir və dövlətçilik tariximizi özündə əks etdirən unikal Dövlət Bayrağı Meydanı yaratmışdır.
Ölkə başçısı İlham Əliyevin ordu quruculuğu, onun maddi-texniki bazasını möhkəmləndirməsi və ordunu müasir silahlarla təchiz etməsi artıq öz bəhrəsini verir.
2016-cı ilin aprel ayında erməni işğalçı qüvvələrinin təxribatlarının qarşısını almaq məqsədi ilə baş verən 4 günlük döyüşlərdə silahlı qüvvələrimizin ordu birləşmələri öz döyüş qabiliyyətini əyani nümayiş etdirdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması tam təmin edildikdən sonra yaşayış məntəqəsində yenidənqurma və bərpa işlərinə başlanıldı.
Cəmi 6 ay müddətində kənddə 50 yaşayış evi, 96 şagirdlik məktəb, məscid, 35/10 kv-luq elektrik yarımstansiyası və digər infrastruktur obyektləri tikilib istifadəyə verildi. Cocuq Mərcanlı kəndinin bərpasının ikinci mərhələsi çox uğurla davam etdirilir. Cocuq Mərcanlı kəndində insanların yenidən məskunlaşması Böyük Qayıdışın başlanğıcıdır.
Ümumiyyətlə, bu gün ölkəmizin hərtərəfli inkişafı bir daha təsdiq edir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxarıb. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiq qalacaqdır.
Aprel ayının 11-də respublikada prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqının qəti qərarı budur ki, onun layiqli Prezidenti var, öz taleyini Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev şəxsiyyətinə bağlamaqda yanılmayıb. Xalq öz Prezidenti İlham Əliyevə inanır, Onun xidmətlərini qiymətləndirir və növbəti 7 ildə öz taleyini Ona etibar edir.
Yusif HümbƏtov
“Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri, YAP İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

