Mayası söyüşdən yoğrulanlara sözardı...
24.03.2018 [10:06]
Yaxud hamının əlini daşın altına qoymasının vaxtı yetişib
Son günlər ölkə ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri müxtəlif saxta yollarla Avropada sığınacaq almış, konkret maraq qruplarının əlində alət olan azsaylı qrupun müəyyən təsir və şirnikləndirici vədlər qarşılığında Azərbaycan dövlətinə və xalqına, onun Prezidentinə, dövlət rəsmilərinə və ayrı-ayrı siyasətçilərə qarşı apardıqları çirkin kampaniyadır. Ölkəmizdə prezident seçkilərinin elan olunduğu gündən etibarən daha da fəallaşan bu antimilli ünsürlər bütün mənəvi baryerləri aşaraq “siyasi mübarizə” adı altında Azərbaycan xalqının milli-mənəvi, mədəni dəyərlərini hədəf alırlar. Burada mexanizm çox sadədir, təhqir və söyüşlərini videoya çəkir, sonra isə saxta profillərlə bu videogörüntüləri tirajlayır, nəhayət, yenə saxta profillərlə bu görüntülərin yer aldığı “post”lara yazılan şərhlərlə süni fəallıq nümayişi yaratmağa çalışırlar.
Əlbəttə, Azərbaycan demokratik bir ölkə olaraq, siyasi iddiaçılara hüquqi çərçivələri aşmadan, eyni zamanda, xalqımızın daşıdığı mental keyfiyyətləri mühafizə edərək istənilən formada mübarizə üçün əlverişli imkanları təmin edib. Amma siyasi mübarizəni təhqir və söyüş üzərində quranların niyyəti heç də siyasi yarışda iddiaçı olmaq deyil, onlar yaşadıqları ölkələrdə komfort həyatlarına xələl gəlməməsi üçün ən çirkin və əxlaqsız metodlara müraciət edirlər.
Təbii ki, xaricdən idarə olunan bu “səlib yürüşü” Azərbaycan cəmiyyətində haqlı narazılıq və qınaq yaratdı. Eyni zamanda, bu hadisələrə Azərbaycan dövlətinin rəsmi dairələrinin də münasibət bildirməsi ehtiyacı doğmuşdu. Ona görə də Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əvvəlcə Azərbaycan Jurnalistlərinin VII qurultayındakı çıxışı zamanı ölkə ictimaiyyətinin, həmçinin xaricdə məskunlaşmış və müxtəlif sferalarda fəaliyyət göstərən həmvətənlərimizin diqqətini bu məsələyə yönəldərək harada yaşamasından və hansı siyasi dünyagörüşünə malik olmasından asılı olmayaraq, hər kəsi ümummilli məsələlərdə daha diqqətli olmağa, milli-mənəvi dəyərlərimizə, simvollarımıza qarşı daha hörmətlə yanaşmağa çağırış etdi, öz dövlətinə qarşı mübarizə aparmağın yolverilməzliyini izah etməyə çalışdı. Bir neçə gün sonra isə cənab Əli Həsənov “facebook” sosial şəbəkədəki səhifəsində etdiyi paylaşımlarla problemə daha geniş rakursdan yanaşaraq cəmiyyətin narahatlığını və məsələnin həlli yollarını aydın şəkildə göstərdi.
Çox təəssüf ki, milli məsələlərə münasibətdə özlərini qarşı tərəf kimi aparan bu ünsürlər siyasi mübarizənin məişət səviyyəsinə endirilməsinin, aparılan təhqir kampaniyasının yolverilməzliyi ilə bağlı çağırışlara nəinki müsbət cavab verdilər, hətta son günlərdə bu iyrənc davranışlarını daha da genişləndirmək yolunu tutaraq hansı mənəvi və əxlaqi göstəricilərə malik olduqlarını sübuta yetirirlər. Təbii ki, hər bir şəxsin davranışları onun əxlaqi, mənəvi göstəricilərini də aydın ifadə edir. Prosesi müşahidə edərkən ortaya çıxan başqa bir reallıq isə mədəniyyət, əxlaq, şərəf anlayışlarını ifadə etdikləri təhqirin səviyyəsində görən orduxanların, turalların, vidadilərin intellektual səviyyələrinin də olduqca aşağı olmasıdır. Bu, onların yaşadıqları cəmiyyətlərin müsbət keyfiyyətlərdən, adi davranış qaydalarından yaxşı heç nə əxz etməmələrindən də aydın görünür. Ən primitiv səviyyədə belə siyasi səriştəsi olmayan bu “yeniyetmələr”in hər hansısa fikri ifadə etməkdə də ciddi qüsurları var.
Başqa bir məqam isə sözügedən ünsürlərin Əli Həsənovun ciddi arqumentləri qarşısında absurd ittihamlar, qeyri-rasional “tənqidlər” səsləndirmələridir. Xaricdəki sözügedən antimilli qrupun bəzi üzvləri sözü bitmiş aşıq kimi “daley-daley” vurur, guya Prezidentin köməkçisinin öz fikirlərini ictimaiyyətə ünvanlamaq üçün sosial şəbəkələrdən istifadə etməsini “tənqid edirlər”.
Əlbəttə, bu gün modern dünyanın qabaqcıl siyasətçiləri, ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri və dövlət başçıları sosial şəbəkələrdən geniş istifadə edir, vətəndaşlarla ünsiyyət üçün bu əlverişli platformadan faydalanırlar. Əli Həsənovun da müasir informasiya və kommunikasiya trendlərini kifayət qədər mənimsəmiş, dövlətin informasiya siyasətinin həyata keçirilməsinə birbaşa məsul olan və 25 ildir bu sahədə uğurla fəaliyyət göstərən təcrübəli bir məmur kimi belə mühüm mesajları cəmiyyətə çatdırmaq üçün sosial şəbəkələri seçməsi tamamilə təbiidir. Çünki bütün dünyada olduğu kimi, son illərdə Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin sayı kəskin artıb və hazırda təkcə “facebook” istifadəçilərinin sayı 2,5 milyon nəfərdən artıqdır. Etiraf edək ki, bu qədər geniş bir kontingentin mövcud olduğu platformadan yararlanmaq nəinki qəbahətdir, əksinə, dövlət idarəetməsində təmsil olunan yüksəkçinli bir məmurun baş verənlərlə bağlı mövqeyinin daha geniş auditoriyaya təqdim olunmasında bu, üstün bir imkandır. Ona görə də 3-5 nəfərlik “söyüş qrupu”nun çox savadsız bir şəkildə bu məsələdə manipulyasiya etmək cəhdi absurddur və gülüş doğurur.
İndi hamının əlini daşın altına qoymasının vaxtı yetişib. Çünki baş verənlər siyasi mübarizə çərçivəsini çoxdan aşıb. Artıq Azərbaycan və onlar arasında, yaxud milli-mənəvi dəyərlərimizi müdafiə etməklə bu dəyərləri təhdid etmək arasında seçim etmək zamanıdır. Məşhur bir deyimdə ifadə olunduğu kimi, sülh şəraitində dövlətin üçün xidmətlərin müharibə zamanı nələr edə biləcəyini də göstərir. Xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərin bu kampaniyanın alt qatında vermək istədikləri mesaj Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni səviyyəsinin aşağı olmasını göstərmək istəyidir ki, bu da dünya erməniliyinin illərdir xalqımıza qarşı həyata keçirdiyi kampaniyanın da əsas tezisini təşkil edir. Ona görə də Azərbaycan cəmiyyətinin bütün zümrələri, diaspor təmsilçilərimiz, media nümayəndələri və ictimai fəallar, ziyalılar Azərbaycan dövlətinə qarşı aparılan və xalqımız üçün xoş heç nə vəd etməyən bu çirkin kampaniyaya laqeyd yanaşmamalı, bütün platformalarda bu naqisliklərə layiqli cavab verməlidirlər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

