İsveçrə ilə Azərbaycan arasında yüksək səviyyəli məsləhətləşmələr keçirilib
23.03.2018 [10:05]
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev İsveçrə ilə Azərbaycan arasında yüksək səviyyəli məsləhətləşmələr aparılması üçün İsveçrə Konfederasiyasına rəsmi səfər edib.
AZƏRTAC xəbər verir ki, paytaxt Berndə keçirilən məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti ilk olaraq İsveçrə Federal Xarici İşlər Departamentində dövlət katibinin müavini Kristina Marti Lanqın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında əlaqələrin cari vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan ilə İsveçrə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan, Bretton Vudz institutlarında (Dünya Bankı və Beynəlxalq Valyuta Fondu) əməkdaşlıqdan məmnunluq ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da inkişafında maraqlı olduqlarını vurğulayıblar. İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyi və qarşılıqlı sərmayələr, o cümlədən, “Holcim” və “Stadler” kimi İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilib, əməkdaşlığın, xüsusən də ticarət əlaqələrinin gücləndirilməsi üçün kifayət qədər potensialın mövcudluğu qeyd edilib.
İsveçrə tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun illik toplantılarında iştirakını yüksək qiymətləndirib və bu praktikanın davam etdiriləcəyinə ümid ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə İsveçrənin dəstəyi, Azərbaycanın iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars layihələrində İsveçrə şirkətlərinin iştirakı, kənd təsərrüfatı və dərman preparatları istehsalı sahəsində əməkdaşlıq imkanları, maliyyə bazarlarına nəzarət qurumları arasında əməkdaşlıq məsələləri, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, ölkəmizdə insan hüquqlarının təminatı məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlıq, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və qonşuları ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin növbəti görüşü İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi, cari ilin iyun ayından etibarən Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri kimi fəaliyyətə başlayacaq Ervin Bollinqer ilə olub.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin cari durumunu yüksək qiymətləndirən E.Bollinqer bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib və bu baxımdan iş adamları arasında əməkdaşlığın vacibliyini bildirib. Nazir müavini Mahmud Məmməd-Quliyev İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investisiya qoymasını yüksək qiymətləndirib. İkitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın oynadığı mühüm rola diqqət çəkilib, bu komissiyanın növbəti iclasının yeni tarixləri və fəaliyyətinin optimallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin kənd təsərrüfatı, o cümlədən fındıq idxalı sahəsində əməkdaşlıq məsələləri, peşə təhsili sahəsində İsveçrə təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsi imkanları müzakirə edilib. Bundan əlavə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində aparılan danışıqlar barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti ardıcıl olaraq İsveçrənin 16 irimiqyaslı klinikasını birləşdirən “İsveçrə Tibb Şəbəkəsi” təşkilatının MDB ölkələri idarəsinin rəhbəri Marina Verbitski və İsveçrədə meyvə-tərəvəz ticarəti sahəsində fəaliyyət göstərən 175 şirkəti birləşdirən “SWISSCOFEL” təşkilatının marketinq şöbəsinin müdiri Matias Tsürflüh ilə görüşüb. “İsveçrə Tibb Şəbəkəsi” ilə görüşdə təşkilatla Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq imkanları, o cümlədən İsveçrə ilə Azərbaycanın tibb müəssisələri arasında tərəfdaşlıq, azərbaycanlı həkimlərin İsveçrə müəssisələrində təcrübə keçməsi imkanları, insan resursları və tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. “İsveçrə Tibb Şəbəkəsi”nin təmsilçisi konkret layihələrin müzakirə edilməsi üçün maraqlı tərəflərin iştirakı ilə Bakı və ya Bern şəhərlərində “dəyirmi masa”nın keçirilməsi təklifi ilə çıxış edib.
“SWISSCOFEL” təşkilatı ilə görüşdə Azərbaycanın fındıq təsərrüfatı barədə fikir mübadiləsi aparılıb, İsveçrə tərəfi Azərbaycandan fındıq idxalında maraqlı olduğunu bildirilib. Nazir müavini Azərbaycanda kənd təsərrüfatında aparılan islahatlar, o cümlədən fındıq istehsalının artırılması istiqamətində atılan addımlar barədə məlumat verərək, İsveçrə tərəfinin fındıq idxalına marağını yüksək qiymətləndirib və bunu perspektivli əməkdaşlıq sahəsi kimi səciyyələndirib. Qeyd edilməlidir ki, hazırda təşkilata üzv şirkətlərin meyvə-tərəvəz satışlarının həcmi ildə 4 milyard İsveçrə frankı təşkil edir və İsveçrə üzrə ümumi meyvə-tərəvəz satışlarının 86 faizi bu təşkilata üzv şirkətlər tərəfindən həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

