Azərbaycan daha böyük nailiyyətlər əldə etməyə qadirdir
12.09.2009 [09:49]
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business-2010” adlı yeni hesabatında 38-ci pillədə qərar tutan Azərbaycan biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə islahatçı ölkələr qrupuna aid edilir.
Siyahıdan da göründüyü kimi, Azərbaycan iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətlərlə bir sırada yer alır. Respublikamızın biznesin inkişafı, rəqabətqabiliyyətlilik, investisiyaların təşviqi, ticarətin stimullaşdırılması və digər makroiqtisadi göstəriciləri Fransa, Almaniya, Belçika, Litva, Latviya, İsrail, Avstriya, İsveçrə, Hollandiya, Cənubi Koreya, İsveç, Finlandiya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi inkişaf etmiş dövlətlərin indekslərinə uyğundur. Bu ölkələrlə respublikamızın indeksləri demək olar ki, eyni səviyyədədir. Hətta hesabatdakı 10 indeksdən bir neçəsi üzrə Azərbaycanın mövqeyi həmin ölkələrlə nisbətdə bir qədər yaxşıdır. Portuqaliya, Meksika, Polşa, Küveyt, İspaniya, Qazaxıstan, Türkiyə, İtaliya, çexiya, Rusiya və digər dövlətlərin bütün parametrlər üzrə göstəriciləri isə Azərbaycanla müqayisədə xeyli aşağıdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business-2010” hesabatında iqtisadiyyatın cəmi 10 parametri üzrə qiymətləndirmə aparılıb və makroiqtisadiyyatın digər indiqatorları tədqiqat obyekti olmayıb. Məsələn, makroiqtisadi siyasət, infrastruktur dəyişiklikləri, valyutanın sabitliyi, investor cəlbediciliyi və digər parametrlər qiymətlənləndirilməyib. Həmin sahələrin böyük əksəriyyəti üzrə Azərbaycan son illərdə daha böyük nailiyyətlər əldə edib və əgər hesabat müəllifləri bu bölmələri də qiymətləndirməyə cəlb etsəydi, respublikamız bir çox ölkələrdən irəlidə dayanmış olardı. Məsələn, valyutanın sabitliyi parametri üzrə ən yaxşı vəziyyət respublikamızda müşahidə olunmaqdadır. Bütün ölkələrin valyuta bazarında gərginlik yaşandığı və milli pul vahidləri devalvasiyaya uğradığı halda, Azərbaycan manatı dəyərini möhkəmləndirərək regionda əsas valyuta növü olduğunu təsdiq etdi. Eləcə də, infrastruktur sahəsində son illərdə böyük islahatlar aparılıb ki, bu da ölkəmizin reytinqi üçün əlavə komponentlər sayıla bilər. DB digər parametrlər üzrə də qiymətləndirmələr apararaq bu elementləri də hesabata daxil etsəydi, çox güman ki, ölkəmiz ilk iyirmiliyə daxil olardı.
Azərbaycanın bu cür yüksək mövqeyə sahib olmasında başlıca faktor kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasəti, makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına təkan verən starateji addımların atılmasını göstərmək olar. Son beş ildə sahibkarlıq sektorunda aparılan islahatlar bu bölmədə əhəmiyyətli dərəcədə pozitiv dəyişikliklərə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq orqanlara tapşırığından sonra sahibkarların hüquqlarının qorunması və onların fəaliyyətinə müxtəlif strukturlar tərəfindən süni müdaxilə hallarının qarşısının alınması ilə bağlı mühüm tədbirlər görülüb. Respublikamızda biznes üçün ən əlverişli mühitin təmin olunması istiqamətində son 5 ildə davamlı islahatlar həyata keçirilib.
Sahibkarların fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb və biznes atmosferası ən cəlbedici səviyyəyə çatıb. 2008-ci ilin yanvar ayından etibarən sahibkarlıq subyektləri üçün “bir pəncərə” sisteminin tətbiq edilməsi Azərbaycanın dünyada ən islahatçı ölkə statusu qazanmasına imkan verib. Xatırladaq ki, 2008-ci ilin yanvar ayından tətbiq olunan sahibkarlıq subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipinə əsasən, biznesə başlamaq üçün tələb olunan sənədlərin sayı 13-dən 5-ə, sərf edilən müddət isə 53 gündən 7 günə, o cümlədən, sırf qeydiyyatın aparılmasına sərf edilən müddət 3 günədək azaldılıb. Bu, ən inkişaf etmiş Avropa ölkələrində tətbiq olunan mexanizmlərdən həm vaxt, həm prosedur baxımdan daha sadə və asan sistem hesab olunur. Dünya Bankı məhz respublikamızın bu sahədə islahatlar aparmaq qətiyyətini nəzərə alaraq ötən ilin hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib.
Yeri gəlmişkən, respublikamızda “bir pəncərə” prinsipinin tətbiq olunması biznesə başlamaq istəyən sahibkarların sayının son bir ildə əhəmiyyətli dərəcədə artmasına səbəb olub. ötən il sahibkarlığa başlayan şəxslərin sayı 30 faiz artıb. 2008-ci ildə təkcə hüquqi şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 6471 nəfər qeydiyyatdan keçib ki, bu da əvvəlki illə müqayisədə 1453 nəfər çoxdur. ümumiyyətlə, “bir pəncərə” mexanizmi ümumilikdə sahibkarlıq sektorunda canlanmanı intensivləşdirib və fiziki şəxslər də daxil olmaqla ötən il ərzində qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 44 mini keçib. Bu ilin birinci yarısında isə aktivlik 33 faiz artıb, təkcə fiziki şəxslərin sayı 10 mindən çox olub.
Respublikamızda biznesə olan marağın yüksəlməsi əlverişli investisiya mühitinin formalaşmasının təzahürü kimi qiymətləndirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin də bağlanmasına səbəb olsa da, respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda ötən il iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib, buna görə də, yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb. ölkəmizdə istər fiziki, istərsə də hüquqi şəxs qismində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması iqtisadi aktivliyin nəticəsi sayıla bilər.
Onu da qeyd edək ki, “bir pəncərə” sistemi ilə bağlı islahatlar davam etdirilməkdədir və bütün iqtisadi fəaliyyət sahələrində qeydiyyat prosedurlarının daha da təkmilləşdirilməsi və biznesə başlamaq üçün müddətin bir neçə dəfə azaldılması ilə bağlı tədbirlər həyata keçirilir. Məsələn, tikintidə icazələrin verilməsi, əmlakın qeydiyyatı, kreditlərin alınması, vergilərin ödənişi, müqavilələrin icrasının təmin edilməsi göstəriciləri üzrə aparılan təkmilləşdirmələr bu sahədə vəziyyətin daha da yaxşılaşmasına imkan verəcək.
ümumiyyətlə, ölkəmizin həyata keçirdiyi makroiqtisadi siyasət qarşıdakı illər üçün daha yüksək nailiyyətlərə zəmin yaradır. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün əlverişli imkanların təmin edilməsi, bütün investorların azad fəaliyyətinə baza yaradan rəqabət sisteminin daha da təkmilləşdirilməsi, ticarətin stimullaşdırılması iqtisadiyyatın inkişafını sürətləndirməkdə, xüsusilə də, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsinə təkan verməkdədir. Bu istiqamətdə inamla davam etdirilən kompleks islahatlar Azərbaycanın daha böyük nailiyyətlərə imza atması üçün möhkəm zəmin yaradıb. Hazırda bir sıra bölmələrdə islahatların həyata keçirilməsi üçün tədbirlər planı hazırlanır. Tam əminliklə qeyd etmək olar ki, növbəti “Doing Business” hesabatlarında Azərbaycanın mövqeyi daha da yaxşılaşacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
