/ / Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilib
Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərə ayrılmış ödənişsiz efir vaxtının bölgüsü ilə bağlı püşkatma keçirilib
20.03.2018 [09:28]
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə martın 19-da Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma keçirilib. Bu barədə AZƏRTAC-a MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, artıq prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb, 8 iddiaçının namizədliyi qeydə alınıb və martın 19-dan seçkiqabağı təşviqata start verilib. Seçki Məcəlləsinin tələbinə əsasən, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq, həftədə 6 saat efir vaxtı ayrılıb. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcək. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə əvvəlcədən püşkatma komissiyası yaradılıb, püşkatmanın keçirilmə tarixi və vaxtı müəyyən olunub.
Sonra qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib və prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin “Dəyirmi masa” ətrafında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.
Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin Seçki Məcəlləsində nəzərdə tutulan qaydada dərc edilməsini qərara alıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

