Azərbaycanlılar sosial mediada Türkiyə əleyhinə kampaniyalara qarşı mübarizəyə başlayıblar
20.03.2018 [09:07]
Türkiyənin terrorizmə qarşı həyata keçirdiyi tədbirləri daim dəstəkləyən Azərbaycan vətəndaşları sosial mediada da Prezident Rəcəb Tayyib Ərdoğan və qardaş ölkə haqqında əsassız və qərəzli xarakter daşıyan qarayaxmalara qarşı fəal mübarizəyə başlayıblar.
AZƏRTAC Anadolu agentliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan ictimaiyyəti Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatını da dəstəkləyərək, sosial mediada bəzi qüvvələrin Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə əleyhinə qaralama kampaniyalarına ciddi etirazlarını bildirir, belə çirkin əməllərə qarşı fəal mübarizə aparır.
Agentliyin bununla bağlı xəbərində qeyd olunur ki, “Zeytun budağı” əməliyyatının keçirildiyi günlərdə müxtəlif qeyri-hökumət təşkilatları Türkiyənin Bakıdakı səfirliyinin qarşısında bu əməliyyata dəstək aksiyaları təşkil ediblər. Həmçinin onlar əməliyyatın ilk şəhidi Musa Özalkanın vəsiyyətinə əsasən, İraqdakı türkmən şəhəri Telaferdə məktəb binasının tikilməsinə yardım məqsədilə kampaniya başladıblar.
Azərbaycanlı siyasətçilər də Türkiyənin terrorizmlə mübarizədə haqlı mövqeyini dəstəkləyirlər. Milli Məclisin deputatı Əli Məsimli Anadolu agentliyinin müxbirinə açıqlamasında deyib: “Afrin əməliyyatı təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bəzi ölkələr öz mənafelərini düşünərək bu əməliyyata qarşı çıxırlar. Azərbaycan xalqı isə həmişə olduğu kimi, yenə də Türkiyənin yanındadır. Afrin əməliyyatı, həmçinin mənfi meyillərə, separatçılığa, dünyada qarışıqlıq yaratmaq istəyənlərə qarşı həyata keçirilən vacib əməliyyatdır”.
Digər deputat Fazil Mustafa Afrin əməliyyatının kürdlərə qarşı deyil, terrorçu qruplaşmalara qarşı həyata keçirildiyini, Türkiyə Silahlı Qüvvələrinin mülki şəxsləri qorumaq üçün maksimum səy göstərdiyini vurğulayıb. Terrorçuların dinc insanlardan özlərini qorumaq üçün sipər kimi istifadə etdiklərini bildirən Fazil Mustafa deyib: “ABŞ bəzi qüvvələrdən Türkiyəyə qarşı istifadə edir. Həmin qüvvələr düşünürlər ki, xaricdən aldıqları silahlarla məkrli niyyətlərini reallaşdıra biləcəklər. Lakin Türkiyə kifayət qədər güclüdür və buna imkan verməyəcək. Kobani hadisələrində Türkiyəyə qarşı təhdid yaratmamaq şərti ilə onlara lazımi imkan yaradıldı. Lakin buna baxmayaraq, onların Türkiyəyə qarşı düşmənçilik mövqeyi dəyişmədi. Bu, Türkiyənin səbir kasasını daşırdı. Azərbaycan xalqı qardaş ölkənin bütün addımlarını dəstəkləyir”.
Deputat Musa Qasımlı bildirib: “Türkiyə xalqı uzun illərdir terrordan əziyyət çəksə də, buna böyük səbirlə dözüb. Lakin Türkiyə nəhayət, bu barədə qəti qərarını verdi. Onun qərarı BMT Nizamnaməsinə uyğundur. Çünki terror təşkilatları Türkiyəni təhdid edirdilər. Türkiyənin özünü müdafiə etməyə haqqı var. Terrora qarşı hamı mübarizə aparılmalıdır. Türkiyənin yanında olanlar haqq və ədalətin yanındadırlar”.
Parlamentin deputatı Aqil Abbas isə bu barədə danışarkən deyib: “Bu, Türkiyənin haqq işidir. Sərhədləri qorumaq hər bir dövlətin haqqıdır. Türkiyədən ordusunu Afrindən geri çəkməyi tələb edən Avropa Parlamenti terror təşkilatlarına heç bir söz demir. Terrorçuların dinc insanlardan sipər kimi istifadə etmələrinə göz yumurlar. Sən min kilometr məsafədən gələrək Suriyada hərbi baza yarada bilərsən, bəs Türkiyənin öz qapısını qorumağa haqqı yoxdurmu? Prezident Ərdoğan bu məsələdə çox qətiyyətlidir. Biz də onu dəstəkləyirik”.
Agentlik vurğulayır ki, siyasətçilərlə yanaşı, Azərbaycan xalqı da sosial mediada Türkiyənin siyasətini dəstəkləyən paylaşmalar edir, qardaş ölkə əleyhinə həyata keçirilən məkrli kampaniyalara ciddi etirazlarını bildirirlər.
Amerika erməni lobbisinin saytında Mike Pompeonun ABŞ-ın xarici işlər naziri olmazdan əvvəl Türkiyə hakimiyyətini diktatorluqda ittiham edən “tvit”i azərbaycanlı istifadəçilərin etirazına səbəb olub. Ermənilərin M.Pompeonun fikrini dəstəkləmələrinə və “Zeytun budağı” əməliyyatını tənqid etmələrinə etirazını bildirən azərbaycanlı Nurlan Qələndərli sosial mediadakı şərhində yazıb: “Türkiyənin inkişafı sizi narahat edir. Türkiyə bu əməliyyatı sərhədlərinin təhlükəsizliyi və bölgədəki mülki şəxslərin xilas edilməsi üçün həyata keçirir”.
Leyla Şeyxəliyeva adlı istifadəçi isə ABŞ-ın Ermənistanı dəstəkləməsini başa düşmədiyini bildirib. Türkiyənin Suriya xalqını qorumaq istədiyini ifadə edən L.Şeyxəliyeva başqa bir şərhində ASALA terror təşkilatının üzvü, Suriya ermənisi Varucan Qarabediyanın Parisin Orli hava limanında törətdiyi qanlı terror aktını xatırladıb.
Nərmin Həsənova adlı digər istifadəçi Prezident Rəcəb Tayyib Ərdoğanın dünyanın güclü siyasi liderlərindən olduğunu, Türkiyənin bütün sahələrdə inkişaf etdiyini yazıb.
Sosial mediadakı şərhində Türkiyənin terrordan əziyyət çəkən ölkə olduğunu vurğulayan Vəfa adlı istifadəçi isə öz fikirlərini belə ifadə edib: “Türkiyənin inkişafından narazı olan qüvvələr bu ölkədə qarışıqlıq salmağa çalışırlar. Lakin onların məğlub olması labüddür”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

