Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyasının sədri daha iki prezidentliyə namizədə vəsiqələrini təqdim edib

Mərkəzi Seçki Komissiyasının sədri daha iki prezidentliyə namizədə vəsiqələrini təqdim edib

13.03.2018 [10:02]

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruca və namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə martın 12-də prezidentliyə namizədlik vəsiqələri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlər Zahid Orucu və Araz Əlizadəni təbrik edib, vəsiqələrini onlara təqdim edib.
MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar yeddi namizəd qeydə alınıb.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30