Azərbaycan Ümumdünya İqtisadi Forumunun reytinqində mövqeyini möhkəmləndirib
10.09.2009 [09:35]
Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması dünyanın nüfuzlu maliyyə və reytinq təşkilatlarının hesabatlarında, müxtəlif qiymətləndirmələrində öz müsbət əksini tapmaqdadır. Son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir.
Beynəlxalq maliyyə institutlarının və reytinq agentliklərinin Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı verdiyi qiymət hər il yüksələn xətt üzrə davam edir və bu dinamizm inkişafın yeni erasının əsas makroiqtisadi hədəflərinə nail olunmasını daha da sürətləndirir. Real mənzərə bundan ibarətdir Davos Dünya İqtisadi Forumunun 2008-ci il üzrə hesabatında rəqabətqabiliyyətlilik sahəsində Azərbaycan 66-cı yeri tutub. “Qodman Saks” kimi çox mötəbər qurumun reytinqində (2008-ci il üzrə) Azərbaycan 61-ci yerdə qərar tutub. MDB Statistika İdarəsinin hesabatında Azərbaycan lider ölkə kimi mövqeyini qoruyur. Respublikamız bütün beynəlxalq iqtisadi hesabatlarda ümumi daxili məhsulun inkişaf tempinə görə liderdir.
Dünyanın nüfuzlu reytinq agentliklərinin verdiyi qiymət Azərbaycanın kredit reytinqinin yüksək olmasını təsdiqləyir. Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı növbəti “Doing Business - 2009” hesabatında isə Azərbaycan 181 ölkə arasında 1 nömrəli islahatçı ölkə elan edilib. Respublikamız işgüzar mühitin əlverişliliyi baxımından dünya ölkələri arasında və hesabatın tərtibatı tarixində ilk ölkədir ki, ötənilki göstəricisini 64 pillə yaxşılaşdıraraq bütün MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoyub. Respublikamız ötən il 97-ci pillədə qərar tutmuşdusa, bu il 33-cü yerə yüksəlib. Hesabat müəlliflərinin qiymətləndirmələrinə əsasən Azərbaycan əsas parametrlər üzrə ciddi irəliləyiş nümayiş etdirib. Belə ki, biznes fəaliyyətinə başlama bölməsi üzrə ölkəmiz dünyada 13-cü (keçən il 64-cü yer), işə qəbul edib - işdən azad etmələr üzrə 15-ci (keçən il 80-ci yer), investorların hüquqlarının mühafizəsi üzrə - 18-ci yeri (keçən il 107-ci yer) tutur. Eyni zamanda, kredit əldə etmək üzrə ölkəmiz keçən il 26-cı yerdə olduğu halda, bu il 12-ci pilləyə yüksəlib.
Dünya ölkələrindəki işgüzar mühitin qiymətləndirilməsi üçün istifadə olunan 10 göstərici arasında “daşınmaz əmlakın qeydiyyata alınması sistemi” üzrə Azərbaycan ən yaxşı nəticəni qazanıb. Bu göstərici üzrə ölkəmiz ötən il 56-cı yeri tutduğu halda, bu il 9-cu olub. Buna sahibkarlıq hüququnu təsdiqləyən sənədlərin qeydiyyat müddətinin azaldılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də xüsusi təsir göstərib. Onu da xatırladaq ki, hesabatda Ermənistan 44-cü (ötən il 41-ci), Rusiya 120-ci (keçən il 112-ci), Qazaxıstan 70-ci (keçən il 80-ci), Ukrayna 145-ci (keçən il 146-cı), Türkiyə 60-cı (keçən il 59-cu) yerləri tutublar.
BU dəfə isə Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində mövqeyini möhkəmləndirib. Belə ki, Dünya İqtisadi Forumunun “2009-2010-cu illərdə dünya ölkələrinin rəqabətqabiliyyətli iqtisadiyyatları haqqında hesabat”ının (The Global Competitiveness Report 2009-2010) nəticələrinə əsasən, Azərbaycan qlobal rəqabətliliyi indeksinə görə 133 ölkə arasında 18 pillə irəliləyib və 2008-ci ildə qərar tutduğu 69-cu yerdən 51-ci yerə yüksəlib. Bu göstəriciyə görə, Azərbaycan bir çox inkişaf etmiş ölkələri geridə qoyub. Sənəddə bildirilir: “Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə səciyyələnir”.
Hesabatda Azərbaycanda iqtisadi sabitliyin və əmək bazarında vəziyyətin yaxşılaşması xüsusilə qeyd edilir. Əmək bazarının göstəricilərinə görə Azərbaycan ötənilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Makroiqtisadi sabitlik göstəricilərinə görə 27-ci, innovasiya potensialına görə 42-ci yerlər də ölkəmizin kifayət qədər uğur əldə etdiyinin göstəricisi hesab olunmalıdır. ölkəmizin əmtəə bazarı üzrə göstəricilərində isə 18 pillə sıçrayış qeydə alınıb - 89-cu pillədən 71-ci pilləyə. İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət faktor kimi qeyd olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, iqtisadi diversifikasiyaya şərait yaratmaq və məşğulluğu artırmaq məqsədilə 30 aprel 2007-ci ildə Sərəncam imzalayaraq müvafiq dövlət qurumlarına zəruri addımların atılması üçün tapşırıqlar verdi. Əsas məqsəd biznesin qeydiyyatı sistemini yaxşılaşdırmaq və sahibkarlıq bölməsində fəaliyyət üçün tələb olunan prosedurları sadələşdirməkdən ibarət idi. Hökumət islahatların aparılması üçün strateji istiqamətləri müəyyənləşdirdi, diversifikasiya və davamlılığa əsaslanan tədbirlər görüldü. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirildi. Prezident İlham Əliyev görülən işlərlə əyani tanış olmaq və “vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı vəziyyəti nəzərdən keçirmək məqsədi ilə ötən il dekabrın 27-də keçirilən tədbirdə islahatlardan razı qaldığını ifadə edib. Prezident “Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq” deyərək beynəlxalq maliyyə və reytinq təşkilatlarının Azərbaycanla bağlı növbəti hesabatlarında yüksək qiymətləndirmələrin nəzərə alınacağına əminliyini bildirib. Dövlət başçısının bu əminliyi təsadüfi deyildi. Azərbaycanda bu qədər böyük miqyas alan islahatlar beynəlxalq qurumların diqqətindən yayına bilməzdi və onların görülən işləri qiymətləndirməməsi mümkün deyildi. Dünya Bankının Azərbaycanı 1 nömrəli islahatçı dövlət elan etməsi və respublikamızın “Doing Business-2009” hesabatında 64 pillə irəliləməsi Prezident İlham Əliyevin hələ 2007-ci ildə hədəf seçdiyi məqsədlərə tez bir zamanda çatdığımızı göstərir. Bu tendensiya Azərbaycanın qarşıdakı illərdə daha yüksək pillələrə, ilk onluğa daxil olacağı qəti əminlik yaradır. Bunu beynəlxalq maliyyə institutunun aparıcı ekspertləri və hesabatın hazırlanmasında iştirak etmiş iqtisadçılar da etiraf edirlər.
Bununla yanaşı, Dünya İqtisadi Forumu yaydığı məlumatda qeyd edir ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmə üçün 133 ölkədə 13 min sahibkar arasında sorğu da keçirilib. Liderlər sırasına postsovet məkanından yalnız Estoniya düşə bilib. Qonşu Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan 97-ci yeri tutub.
Göründüyü kimi, son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilir.
Qeyd edək ki, Dünya İqtisadi Forumu nüfuzlu beynəlxalq təşkilatdır. 1971-ci ildə yaradılan və əsasən iqtisadi sahədə araşdırmalarla məşğul olan təşkilatın mərkəzi ofisi Cenevrədədir.
Hazırladı: Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
