Reproduktiv sağlamlıqla bağlı Türkiyənin qanunvericilik təcrübəsindən istifadə olunacaq
10.09.2009 [09:34]
Məlum olduğu kimi, sentyabrın 1-dən 7-nə qədər Milli Məclisin deputatları Musa Quliyev, Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızı Türkiyədə səfərdə olublar. Millət vəkilləri səfər zamanı “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” Qanun layihəsi ilə bağlı Türkiyə təcrübəsi və onun Azərbaycana tətbiqi məsələsini müzakirə ediblər. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
M.Quliyev bildirib ki, hələ ötən il Milli Məclisin payız sessiyasında bu qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb: “Sənəd həm millət vəkilləri, həm də ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Narazılar bu qanun layihəsinin Azərbaycan üçün gərəksiz olduğunu, İslam əxlaqına, milli mentalitetə uyğun gəlmədiyini bildirirdilər. Müəyyən qrup isə belə bir qanun nəticəsində müasir tibbi texnologiyanın tətbiqi ilə insanlara övlad bəxş ediləcəyini düşünür. Yəni, hər iki tərəf öz mövqelərində müəyyən qədər haqlı idilər. Təbii ki, Azərbaycan müsəlman dövlətidir, türksoyluyuq. Bu mənada, Türkiyənin təcrübəsinin öyrənilməsi çox zəruri idi. Türkiyədə olarkən Səhiyyə Nazirliyində görüşlər keçirdik və reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə məşhur mütəxəssislərin iştirakı ilə konfrans keçirildi. Konfransda Azərbaycanda olan vəziyyət haqqında məlumat verdik”.
Millət vəkilinin sözlərinə görə, qarşı tərəf Türkiyədə mövcud vəziyyət, səhiyyə milli qanunvericiliyi və reproduktiv sağlamlıq müəssisələrinin şəbəkəsi, iş mexanizmi haqqında geniş məlumat verib. “Türkiyə Böyük Millət Məclisinin səhiyyə və sosial məsələlər komitəsində görüşümüz oldu. Qanunvericilik təcrübəsi müzakirə olundu, ortaq nöqtələr tapıldı, fərqli məqamların aradan qaldırılması yönündə müzakirələr aparıldı. Eyni zamanda, reproduktiv sağlamlıq müəssisələri ilə yanaşı, bir neçə onkoloji xəstəxanalarda görüşlər keçirdik. ümumi qənaətimiz belə oldu ki, Türkiyənin reproduktiv sağlamlıqla bağlı qanunvericilik təcrübəsi Azərbaycanda da tətbiq oluna və müsbət nəticə verə bilər. Amma onu da deyim ki, hüceyrələrin donor vasitəsilə mayalandırılması Türkiyədə qadağandır. Eyni zamanda, suroqat ana məsələsi də tətbiq olunmur” deyə komitə sədrinin müavini vurğulayıb.
M.Quliyev bildirib ki, bir çox Avropa dövlətlərində, Amerikada ana hər hansı xəstəlik nəticəsində öz bətnində uşaq daşıya bilmirsə, onun mayalanmış yumurtası müqavilə yolu ilə gənc qadının bətninə köçürülür, sonra dünyaya gələn uşaq özünün bioloji valideynlərinə qaytarılır: “Amma dünya təcrübəsi göstərir ki, bu proses sonradan mənəvi, psixoloji, hüquqi və sosial problemlər yaradır. Bu, həmçinin, İslam əxlaqına da ziddir. Ona görə də, biz qərara gəldik ki, MM-in payız sessiyasının gündəliyinə daxil ediləcək qanun layihəsinə komitədə yenidən baxaq və surroqat ana, donor məsələsi ilə bağlı müddəaları Türkiyə qanunvericiliyinə uyğun şəkildə hazırlayaq”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu məsələnin birmənalı qarşılanmaması başadüşüləndir. “Amma onu da bilmək lazimdır ki, bu qanun insanlara çox lazımdı və mütləq qəbul olunmalıdır. Təbii ki, burada İslamın əxlaq normaları da gözlənilməlidir. Türkiyədə də qeyd etdilər ki, bu, dünyada oturuşmamış məsələdir. çox vaxt bu məsələ məhkəmələrə aparır. Axı hər bir insana öz valideynlərini tanımaq hüququ verilməlidir. Surroqat ana, donor məsələsi bu məsələdə ciddi problem yaradır. Təbii ki, biz də bununla razılaşdıq. çox güman ki, ya Türkiyə modelini tətbiq edəcəyik, ya da onu Azərbaycan gerçəklikləri ilə uyğunlaşdıracağıq” deyə o, bildirib.
M.Quliyev qeyd edib ki, əslində bu gün narazılıq doğuran müddəalar 1996-cı ildə qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda öz əksini tapıb. Belə ki, bu qanunda reproduktiv sağlamlığa dair xüsusi fəsil var. Həmin fəsildə süni mayalanma, donor məsələsi əksini tapıb və tətbiq olunub. Bunun nəticəsində də bu cür yolla 3000 uşağın dünyaya gəlməsi barədə fakt var. Amma millət vəkili hesab edir ki, müzakirələr nəticəsində ortaq məxrəcə gəlmək mümkündür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

