Azərbaycanla İran arasında din və mədəniyyət sahəsində də səmərəli əməkdaşlıq həyata keçirilir
24.02.2018 [10:02]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz münasibətlərinin dinamik inkişaf etdiyini bildirən Mübariz Qurbanlı dövlət başçılarının qarşılıqlı səfərlərinin və mötəbər tədbirlərin keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycan ilə İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirildiyini bildirən Komitə sədri tədbirin əhəmiyyətinə toxunub. O, dinlərarası və sivilizasiyalararası dialoq formatında nəzərdə tutulan bu prosesin davamlı xarakter daşıdığını və bu il də davam etdiriləcəyini bildirib.
Görüşdə Komitə sədri dinə dövlət qayğısından danışarkən bildirib ki, buna əyani sübut olaraq ölkəmizdə Prezident İlham Əliyev tərəfindən Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Qeyd edib ki, Fond Azərbaycanda mövcud dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. O, İnstitutun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə, bu sahə üzrə ixtisaslı milli kadrların hazırlanmasına mühüm töhfə adlandırıb.
İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, dövrümüzdə islami dəyərlərin olduğu kimi təbliğ və təşviq edilməsinə, dinimiz haqqında mənfi imicin aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. A.İ.Türkaman bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib. Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, qurumlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda qonağa Azərbaycanın tolerantlıq mühitini, multikultural dəyərlərini, eyni zamanda, ermənilərin işğal edilmiş ərazilərimizdəki dini ibadətgahlara qarşı törətdikləri vandalizmi əks etdirən kitablar hədiyyə olunub.
Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və İran İslam Respublikasının ölkəmizdəki Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, eləcə də nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

