Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub
05.09.2009 [14:59]
Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin kökləri çox qədimlərə dayanır. Eyni kökə malik, tarixin bir sıra məqamlarında hətta eyni dövlətə malik Azərbaycan və Türkmənistan sovet dönəmində də bu münasibətlərin inkişaf etməsinə çalışıblar. Müstəqillik dövründə isə bu iki ölkə arasında 1992-ci ildə əsası qoyulan əlaqələr 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoydu. Sonradan, 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam versə də, 2008-ci ildə səfirlik yenidən fəaliyyətini bərpa etdi. 2002-ci ilin avqustundan isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb.
Düzdür, keçmiş prezident Saparmurad Niyazovun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər müəyyən qədər mürəkkəb olub. Xüsusən, Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe Xəzər bölgəsi ölkələri arasında narahatçılığa səbəb olurdu. Bundan başqa, Xəzər dənizində əməkdaşlıq, onun karbohidrogen ehtiyatlarının işlənməsi və xarici bazarlara çıxarılması məsələsində də Türkmənistanın qeyri-ardıcıl mövqeyi bu ölkənin tərəfdaş statusuna xələl gətirirdi.
Son iki ildə isə bu münasibətlər bütün müstəvilərdə yenidən inkişaf etdirilməyə başlayıb. 2008-ci il mayında Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bu canlanmanın əsas təkanvericisi rolunu oynadı. İki prezidentin təkbətək görüşündə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulandı. Danışıqlardan sonra iki ölkənin Maliyyə, Xarici İşlər və Nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Tərəflər, həmçinin, Xəzərin hüquqi statusu ətrafında da fikir mübadiləsi apardılar. Cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin noyabrında Türkmənistana rəsmi səfəri dostluq və əməkdaşlıq əlaqələrinin daha da istiləşməsinə yol açdı.
İkitərəfli əlaqələrin inkişafı bölgədə qlobal miqyaslı layihələrin həyata keçirilməsinə də təkan verə bilər. Bunu dilə gətirən Q.Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. O, zəngin neft və qaz yataqları olan Azərbaycanın və Türkmənistanın regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşdığını xüsusi vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, eləcə də, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti olduğunu bildirib. Məhz həmin səfər çərçivəsində Bakı və Türkmənbaşı limanları vasitəsilə beynəlxalq dəmir yolu - bərə xəttində yüklərin daşınmasının, yük vaqonlarının və konteynerlərinin istismarının, nömrələr üzrə qeydiyyatının və onlardan istifadəyə görə hesablaşmanın təşkili haqqında Saziş, iki ölkənin Təhsil nazirlikləri arasında təhsil haqqında əməkdaşlıq haqqında Saziş və hökumətlər arasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası haqqında Saziş imzalanıb.
Amma təəssüf ki, son zamanlar guya Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin yenidən gərginləşməsi ilə bağlı əsassız informasiyalar yayılmaqdadır. Amma bütün bunlar yalandan başqa bir şey deyil. Düzdür, 10 il öncə münasibətlərdə hansısa bir gərginlik yaşanırdısa, bu günün fonunda həmin problemlər öz həllini tapmaqdadır. Həm Azərbaycan, həm də Türkmənistan öz akvatoriyasında olan Xəzər dənizi hissəsində işlər aparır, müəyyən dərəcədə mübahisəli olan ərazilərin istismarı isə müzakirə yolu ilə tənzimlənir. O baxımdan hətta bu münasibətlərin gərginləşməsini arzulayanlar özləri də bilirlər ki, artıq həm Türkmənistan, həm də Azərbaycan müzakirə və normal dialoq vasitəsilə bütün problemlərin həllinə nail olmaqdadır. Mövcud olan fikir ayrılıqlarının isə qarşılıqlı dialoq çərçivəsində aradan qalxacağına şübhə yoxdur.
Türkmənistanın dövlət başçısının Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladı ki, Türkmənistanın və Azərbaycanın dinamik inkişafı regional əməkdaşlığın çox mühüm amilidir. İndi onlar nəinki regionda, hətta dünya miqyasında ən dinamik inkişaf edən ölkələrdəndir: “ölkələrimizin ikitərəfli münasibətlər, regional əməkdaşlıq, regional təhlükəsizlik problemlərinə yanaşmalarında ortaq cəhətlər çoxdur. Bizim ölkələr müstəqillik əldə edəndən sonra öz potensialını tam həcmdə reallaşdırmaq imkanı qazanmışlar və indi müstəqil siyasət, milli maraqlarımıza əsaslanan siyasət yeridirlər. İmzalanmış sənədlər ölkələrimizin qarşıdakı illər üçün səmərəli əməkdaşlığını öncədən müəyyənləşdirəcəkdir. Son dövrdəki fəal siyasi dialoq sayəsində biz müəyyən müddət həll olunmamış qalan bir sıra problemləri həll etməyə, gələcək əməkdaşlığımızın perspektivlərini planlaşdırmağa və bununla da bizim gələcək münasibətlərimizin inkişafının möhkəm təməlini yaratmağa nail olmuşuq”.
Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi ölkə başçılarının qarşılıqlı səfərələri ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. Hər iki ölkə iqtisadi əməkdaşlıq, qarşılıqlı siyasi əlaqələr energetika, nəqliyyat kompleksi ilə bağlı məsələlərin müzakirəsi nəticəsində demək olar ki, bütün sualları cavablandırıb. Bu müsbət əlaqələr bu gün də davam etdirilir. Sentyabrın 3-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkmənistan prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, Prezident İlham Əliyev isə öz növbəsində minnətdarlığını bildirib, Türkmənistan dövlətinin başçısına və Türkmənistan xalqına bu münasibətlə təbriklərini çatdırıb. Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar. Bu xoş münasibətlər bir daha onu deməyə əsas verir ki, bu iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir və gələcək perspektivdə də bu tendensiya davam edəcək.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
