Milli Məclisin növbəti iclası keçirilib
24.02.2018 [09:53]
İclasda millət vəkilləri 19 qanun layihəsini qəbul ediblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Əvvəlcə Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovu 80 illik yubileyi münasibətilə təbrik edib. Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək deyib ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam mühüm əhəmiyyətə malikdir: “Eyni zamanda, dövlət başçısının ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar Sərəncam da hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addım idi və həmin sənədin icrasının nəticələri cəmiyyətimizdə yüksək qiymətləndirilir”.
S.Novruzov bildirib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı məsələ amnistiyaya bərabərdir. Onun sözlərinə görə, 1993-cü ildən ölkəmizdə 70-dən çox əfv Sərəncamı imzalanıb, 11-dən artıq amnistiya aktı qəbul olunub: “Sonuncu dəfə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktı nəticəsində kifayət qədər insan azadlığa çıxdı. Bu, onu göstərir ki, humanizm Heydər Əliyev siyasətinin əsasını təşkil edir”.
S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə yanlış məlumatlar verilir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışlarına görə məsuliyyətə cəlb olunmayıb.
“Doğrudur, əvvəllər ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub. Amma YAP iqtidara gəldiyi dövrdən belə bir hal olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunur. İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər kimsə törətdiyi əmələ görə peşman olursa, islah olunursa, əfv olunur, cəzası yüngül olanlar da amnistiyaya düşür. Amma hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verir. Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər şeydən üstündür. Dövlətimizin başçısı verdiyi qərarlarla, atılan hüquqi addamlarla dünyaya bir daha sübut edir ki, Azərbaycan ən humanist siyasət həyata keçirən dövlətdir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanda böyük bir əfv gözlənilir. O.Əsədov bildirib ki, Prezident yanında Əfv Məsələləri Komissiyasi öz işini davam etdirir: “Əfv Sərəncamını imzalamaq cənab Prezidentin səlahiyyətindədir, yaxın zamanlarda böyük əfv Sərəncamının imzalanması gözlənilir”.
“Azərbaycan Prezidenti tərəfindən ötən il imzalanan cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamdan sonra məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib”. Bu fikirləri isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Ə.Hüseynli bildirib ki, bu Sərəncamdan sonra Milli Məclis tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilib. Onun sözlərinə görə, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun mahiyyətinə görə 15 cinayət dekriminallaşdırıldı. “Bu layihədə 52 cinayətdə zərərçəkmiş şəxslə barışmaq, mülkiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərlə bağlı ziyanın müvafiq olaraq bir neçə misildə ödənilməsi, şərti cəzadan azadetmə yer alırdı. Ötən il dekabr ayının 1-dən qüvvəyə minən bu dəyişikliklərə əsasən, indiyə qədər icra ilə bağlı vəziyyət belədir: Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4 000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən 479 məhkum həbsdən azad edilib. 585 məhkumun həbs cəzasının müddəti azaldılıb. 465 məhkum isə - hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub - azad edilib. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib. Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur. Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, daha 1500-ə yaxın məhkum azad ediləcək, minlərlə məhkumun cəzası bu və ya digər formada yüngülləşdiriləcək. Xatırlayırsınızsa, amnistiya ilə bağlı qanunları da qəbul edərkən rəqəmlər təxminən buna oxşar olurdu. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, cənab Prezidentin bir il bundan əvvəlki Sərəncamına əsasən, qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən amnistiya haqqında qanunun tətbiqinə bərabərdir. Bununla da, cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqini amnistiya səviyyəsində qiymətləndirmək mümkündür”, - deyə komitə sədri qeyd edib.
Millət vəkili Şahin İsmayılov çıxışında bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Ermənistanın işğalçılıq siyasəti, o cümlədən Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl iş aparır. Onun sözlərinə görə, Ermənistanda orta məktəb dərsliklərində təhrif olunmuş faktlar xeyli çoxdur. Bu faktlar bir neçə dildə nəşr olunaraq yayılacaq.
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin 20-dən çox deputatı Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar xaricə ezam olunublar. O.Əsədov qeyd edib ki, hazırda bir çox ölkələrdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər keçirilir: “Deputatlarımız bu tədbirlərdə, aksiyalarda iştirak edirlər. Bu günlərdə yenə də səfərlər olacaq. Biz Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq səviyyədə işlərə başlamışıq. Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”.
Daha sonra millət vəkilləri gündəlikdəki məsələləri müzakirə ediblər.
İlk olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Milli Məclisin sədr müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu saziş hər iki ölkə arasında hərbi əməkdaşlığı daha da gücləndirəcək. Müzakirələrdən sonra sənəd qəbul olunub.
İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi qəbul olunub.
Sonra deputatlar Miqrasiya, İnzibati Xətalar məcəllələrində, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini qəbul ediblər.
İclasda həmçinin “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri birinci oxunuşda müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

