/ / Eldar İbrahimov: Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük səylər göstərir
Eldar İbrahimov: Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində böyük səylər göstərir
24.02.2018 [09:50]
“Mehriban xanım Əliyeva Birinci vitse-prezident postuna ən layiqli şəxs idi”. Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Birinci vitse-prezidentin birinci iclasını qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə həsr etdiyini deyən E.İbrahimov bildirib ki, onun fəaliyyəti təkcə uşaq evlərinin tikilməsi və qurulması, məktəblərin tikilməsi, ata-anasız uşaqların mənzillə təmin olunması və digər bu istiqamətdə ardıcıl və sistemli işlərin aparılmasından ibarət deyil: “Mehriban xanım həm də Azərbaycanın xarici ölkələrlə əlaqələrinin gücləndirilməsində böyük səylər göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi onun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. O, çox yüksək səviyyədə və ardıcıl işlər aparır. Onun gördüyü işlər göz qabağındadır”.
E.İbrahimov Mehriban Əliyevanın Milli Məclisdəki fəaliyyət dövründən də danışaraq onun genişmiqyaslı işlərinin insanlar tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb: “Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiq olub. O, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Mehriban xanım həm də 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2013-cü ildən isə partiyanın Sədr müavinidir. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut edib. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən amnistiya aktları qəbul olunub. Bu amnistiya aktlarında ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilib”.
E.İbrahimov deyib ki, Mehriban Əliyeva Azərbaycanın siyasi elitasının aparıcı simalarından birinə çevrilib: “Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib. Biz buna o, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri olanda da şahidlik etmişik, Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətində də”.
Onun sözlərinə görə, Mehriban xanım Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasında xüsusi xidmətlər göstərir: “Mən hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzu edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

