Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətini qəbul edib

23.02.2018 [10:01]

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov fevralın 22-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.
Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəfaf keçiriləcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30