Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP İcra katibinin müavini Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə görüşüb

YAP İcra katibinin müavini Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə görüşüb

21.02.2018 [10:30]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik ilə partiyanın mənzil qərargahında görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə Britaniya arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak edib.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30