/ / Məcburi köçkünlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritetidir
Məcburi köçkünlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritetidir
04.09.2009 [10:14]
ölkəmizdə iqtisadi-sosial vəziyyətin yüksəlməsi, gəlirlərimizin artması vətəndaşlarımızın həyat şəraitinin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradır. ölkə Prezidenti İlham Əliyev bu imkandan istifadə edərək hər zaman aztəminatlı ailələrin, müharibə iştirakçılarının, o cümlədən, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Dövlət başçısı öz ata-baba yurdlarından qaçqın düşmüş, yurd-yuvalarından didərgin salınmış insanların müvəqqəti də olsa yaşaması üçün normal şəraitin qurulması məsələsinə hər zaman xüsusi diqqət yetirir. Az bir zaman ərzində çadır şəhərciklərinin ləğv edilməsi, məcburi köçkünlərin evlə təmin olunması prosesi bu gün də davam etdirilir. Artıq idarələrdə, inzibati binalarda məskunlaşmış məcburi köçkünlərimizin yaşaması üçün rayonlarımızda bütün şəraiti olan şəhərciklər salınır.
2004-cü ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın yüksək səviyyədə tətbiqi məcburi köçkünlərimizin problemlərinin həlli istiqamətində böyük bir yolun başlanğıcını qoydu. Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin müvəqqəti məskunlaşdığı ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu və ötən müddət ərzində, demək olar ki, bunların hamısı yerinə yetirilib. Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunub. Məcburi köçkünlərimizlə görüşlərində Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin mütləq şəkildə həll ediləcəyini və məcburi köçkünlərin öz ev-eşiklərinə qayıdacağını bildirib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və ölkə başçısı hər zaman vurğulayıb ki, problemin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür: “Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, mən buna şübhə etmirəm. Ondan sonra yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər tikəcəyik. Ancaq hələ ki, biz müvəqqəti olaraq burada məskunlaşan insanların həyat səviyyəsini qaldırmalıyıq. Bildiyiniz kimi, bu məqsədlə, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində qəbul edilmiş qərarlar, sərəncamlar bu gün çox uğurla icra edilir. Hər il bu məqsədlərə yüz milyonlarla manat vəsait sərf edilir, yeni qəsəbələr, yeni şəhərciklər salınır. Ancaq o da həqiqətdir ki, bütün bu tədbirlər müvəqqəti xarakter daşıyır. Əsas məsələlər, əsas böyük işlər torpaqlarımız işğaldan azad olunandan sonra başlayacaqdır. Biz yeni şəhərlər tikəcəyik, yeni qəsəbələr, kəndlər yaradacağıq və buna hazır olmalıyıq. Onu da bilirik ki, biz ancaq öz gücümüzə arxalana, ancaq öz gücümüzə istinad edə bilərik”.
Bu addımlar hər zaman davamlı olaraq atılır və qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yüksəldilməsi bütün dövrlərdə dövlətin diqqət mərkəzində saxlanılır. Hətta dünyanı bürüyən iqtisadi böhranın fonunda Azərbaycanda məcburi köçkünlərin şəraitinin normallaşdırılması istiqamətində layihələr işlənib hazırlanır. Bu isə ölkəmizin stabil iqtisadiyyatına və gələcəyin təminatını özündə əks etdirən dövlət siyasətinə əsaslanır. Onu da qeyd edək ki, sentyabrın 2-də Prezident İlham Əliyev “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uğurla icra olunur. ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınıb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir. Dövlət başçısı proqrama uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3 milyon manat məbləğində vəsait ayrılması barədə qərar qəbul edib.
Sənəddə Dövlət Neft Fonduna qurumun 2010-cu il büdcəsi layihəsində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi üçün müvafiq məbləğdə vəsait nəzərdə tutmaq tapşırılıb. ümumiyyətlə, ölkə başçısı hər zaman bildirib ki, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin prioritet məsələsidir: “Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayırırıq. Bu məqsədlər üçün biz müvafiq proqramlar qəbul etmişik, 16 fərman və sərəncam imzalanmışdır. Bütün bu fərman və sərəncamlar əməli-praktik işlərin görülməsi üçün əsasdır. Qəbul edilmiş hər bir qərar ona gətirib çıxaracaq ki, insanların həyat səviyyəsi yaxşılaşacaqdır. Bizim qəbul etdiyimiz qərarlar, imzaladığımız sərəncamlar şüar xarakteri daşımır. Onlar əməli-praktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və biz bunu edirik. Hesab edirəm ki, qısa müddət ərzində Azərbaycanda çadır şəhərciklərinin ləğvi çox böyük nailiyyətdir. 2007-2011-ci illərdə Dövlət Proqramına əlavələrlə əlaqədar 500 milyon manat həcmində vəsaitin xərclənməsi nəzərdə tutulur. Yeni qəsəbələr tikiləcək, fin tipli qəsəbələrdə yaşayan soydaşlarımız, hərbi hissələrin ərazilərində yaşayanlar, məktəblərdə, yararsız vəziyyətdə olan binalarda yaşayan soydaşlarımız müasir, gözəl qəsəbələrə köçürüləcək, beləliklə, onların məişət problemləri öz həllini tapacaqdır. Beləliklə, o proqramın icrası nəticəsində ən azı 220 min, bəlkə ondan da çox insan, məcburi köçkün normal yaşayış imkanları ilə təmin olunacaqdır. Mən çox şadam ki, bu istiqamətdə bizim gördüyümüz işlər çox müsbətdir, göz qabağındadır. Nə ediriksə, insanlar bunların hamısının nəticəsini görə bilir, bundan istifadə edə bilirlər. Mən əminəm ki, belə olan halda, ardıcıl, məqsədyönlü siyasət nəticəsində biz çətin vəziyyətdə yaşayan soydaşlarımızın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağıq”.
Prezident İlham Əliyev Prezidentin Ehtiyat Fondundan “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqla təchiz edilməsi məqsədi ilə iki milyon manat məbləğində vəsait ayrılması haqda da Sərəncam verib. Bugünkü durumda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin incə bir prosesə qədəm qoyduğu zamanda bu addım Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətinin daha da aktivləşməsinə səbəb olacaq. İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Prezidentin Sərəncamı, ictimai birlik üçün mənzil-qərargahın ayrılması dövlətimizin başçısının Qarabağa, qarabağlılara diqqət və qayğısının daha bir təzahürüdür. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə İctimai Birliyin roluna verilən qiymətdir. Bütün Qarabağ əhalisi, İctimai Birliyin üzvləri bu Sərəncamı minnətdarlıq hissi ilə qarşılayıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
