Fransa mətbuatı Xocalı soyqırımından yazıb
15.02.2018 [10:40]
Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 azərbaycanlını qətlə yetirdiyi bildirilir.
Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etmədikləri təəssüflə qeyd olunub.
Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız - fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.
Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə işgəncə verilməsindən, onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb.
Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.
Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı kolleksiyasındakı əsərlərini Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb. Həmin əsərin Fransada və Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

