İdmançılarımız dövlətin həm maddi, həm də mənəvi dəstəyini hiss edirlər
03.09.2009 [01:31]
Bu günlərdə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılışı oldu. Bakının Xətai rayonunda yerləşən mərkəzin yaradılması ölkəmizin idman infrastrukturunun inkişafı istiqamətində atılan növbəti mühüm addımlardandır. Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılan mərkəz müasir və gözəl üslubda inşa olunub. Burada üzgüçülük, ağır atletika, bədii gimnastika, voleybol, tennis, həndbol və müxtəlif döyüş növləri üzrə məşqlər keçirmək üçün hər cür şərait var. Son 15 il ərzində idman sahəsinə göstərilən qayğı və diqqətin nəticəsi olaraq, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu cür mərkəzlərin yaradılmasının əhəmiyyətini qeyd edərək bildirib: “Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda idman infrastrukturu çox sürətlə yaradılıb. Bizim çox böyük idman qurğularımız vardır. Bu möhtəşəm Olimpiya Mərkəzinin imkanları da bizə tam kifayət edəcəkdir. Burada ən mötəbər idman yarışları keçirmək mümkündür”.
Müstəqil Azərbaycanın idman siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin təməlində gənc nəslin sağlam inkişafını təmin etmək, ölkədə peşəkar idmançıların sayını artırmaq, onların beynəlxalq yarışlarda uğurlu iştirakını təmin etmək dayanır. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, gənclərin təşkilatlanmasında və idman sahəsinin dirçəldilməsində çox mühüm dönüş nöqtəsi oldu. Bundan sonra, ölkəmizdə idman infrastrukturunun əsaslı şəkildə yenidən qurulmasına başlanıldı. Belə ki, paytaxtda və bölgələrdə idman meydançaları və stadionlar təmir olundu, idman olimpiya komplekslərinin tikintisinə start verildi. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanda olimpiya hərəkatını daha da genişləndirdi. Görülən işlər tezliklə öz bəhrəsini verməyə başladı. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda və olimpiya oyunlarında daha yüksək nəticələr əldə edərək Azərbaycanın bayrağını zirvələrə qaldırdılar. Ulu öndər Heydər Əliyevin olimpiya oyunlarında iştirak etmiş qalib idmançılar və onların məşqçiləri ilə görüşüb təbrikini çatdırması Onun bu uğurlara verdiyi böyük önəmin göstəricisi idi.
İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsindən sonra idman sahəsində müşahidə olunan inkişaf tempi daha da artdı. Prezident idmanın ölkənin gələcəyi üçün vacibliyini çıxışlarının birində bu şəkildə ifadə edib: “Bizim arzumuz budur ki, Azərbaycanın hər bir güşəsində idmanla məşğul olmaq üçün lazımi şərait yaradılsın. Biz istəyirik ki, Azərbaycanın hər bir gənci, hər bir uşağı idmanla məşğul olsun, öz fiziki hazırlığını yüksək səviyyəyə qaldıra bilsin. Bizə sağlam gənclər, sağlam millət, sağlam xalq lazımdır. İdmana vəsait qoyulması, millətin gələcəyinə sərmayə qoyulması deməkdir”.
Beləliklə, son bir neçə ildə Bakıda, Qəbələdə, Gəncədə, Şəkidə, Bərdədə, Qubada, Şamaxıda və Lənkəranda beynəlxalq standartlara yüksək səviyyədə cavab verən olimpiya kompleksləri və digər idman mərkəzləri tikilib vətəndaşların istifadəsinə verilib. Artıq tikilən olimpiya komplekslərinin sayı 20-yə çatıb, yaxın illərdə də 17-yə qədər kompleksin tikiləcəyi nəzərdə tutulub. Bu sahədə işlərin kompleks və sistemli şəkildə həyata keçirilməsində Prezidentin bu vaxta qədər imzaladığı fərman və sərəncamlar xüsusi rol oynayıb.
Onu da əlavə edək ki, Azərbaycanda son illər ərzində bədii gimnastikanın inkişafı bilavasitə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım Əliyevanın 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra Federasiyanın fəaliyyətində canlanma hiss olundu. Qısa müddət ərzində Beynəlxalq Gimnastika Federasiyası ilə əlaqələr genişləndirildi. Məhz Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq bədii gimnastika üzrə Avropa və Dünya çempionatları kimi mötəbər yarışlar Azərbaycanda keçirildi. Bu yaxınlarda Bakıda Gimnastika Kompleksinin inşasına başlanılması bu sahənin gələcəkdə də inkişaf edəcəyini əminliklə deməyə əsas yaradır.
Bir sözlə, bu gün idmançılarımız dövlətin həm maddi, həm də mənəvi dəstəyini hiss edirlər. Keçən ilki Yay Olimpiya Oyunlarında Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanan Pekinə yollanaraq idmançılarımızı dəstəkləmələri onlarda böyük ruh yüksəkliyi yaratdı. Bununla yanaşı, olimpiadada yüksək yerləri qazanan idmançılarımıza böyük məbləğdə pul mükafatlarının verilməsi onların çəkdikləri zəhmətə və əldə etdikləri uğurlara verilən yüksək qiymətin bariz nümunəsidir.
Bundan əlavə, son bir il ərzində ölkəmizdə idmanın inkişafında yeni meyil hiss olunur. Bu isə ondan ibarətdir ki, Azərbaycan idmançıları artıq ölkəmiz üçün o qədər də ənənəvi olmayan idman növləri üzrə də böyük qələbələr əldə edirlər. Məsələn, bu yaxınlarda başa çatmış avarçəkmə üzrə Dünya çempionatında idmançılarımız qızıl, gümüş və bürünc medallar əldə edərək növbəti uğura imza atdılar. Bu sahəni daha da inkişaf etdirmək məqsədilə hal-hazırda Mingəçevirdə müasir avarçəkmə mərkəzi yaradılır.
Beləliklə, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan idman ölkəsidir. Bu sahənin inkişafı üçün böyük işlər görülür və hər cür maddi-texniki baza yaradılır. Gənclərimizin və ümumilikdə idmançılarımızın üzərinə düşən vəzifə onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etmək və gələcəkdə də yeni-yeni qələbələr qazanaraq Azərbaycanın idman şöhrətini artırmaqdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

